Zilhiccə ayının gəlişi ilə Qurban bayramı da yaxınlaşır. Bu ay vacib Həcc ziyarətinin yerinə yetirildiyi aydır. Zilhiccənin 10-cu günündə isə Hacılar Allaha yaxınlaşmaq üçün qurbanlıq heyvan kəsirlər. Bu ayin onlara vacib, digər insanlara isə müstəhhəbdir.
Heyvanı kəsərkən “Bismilləhir-Rahmənir-Rahim, Allahu Əkbər” demək vacibdir. Bundan əlavə, aşağıdakı duanı oxumaq da tövsiyə edilir:
“Vəccəhtu vəchiyə lilləzi fətəras-səməvati vəl-ərz, hənifən müslimən və mə ənə minəl-müşrikin. İnnə saləti və nusuki və məhyəyə və məməti lilləhi rabbil-aləmin. Lə şərikə ləh, və bizəlikə umirtu və ənə minəl-muslimin. Əllahummə, minkə və lək. Bismilləhi vallahu-əkbər”.
Duanın tərcüməsi belədir:
“Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır”.
Qurbanı kəsəndən sonra isə belə deyilir:
“Əllahummə təqəbbəl minni – Allahım, (bu qurbanı) məndən qəbul et!”