Tarix : 2022 Jul 09
Kod 62690

Azərbaycanda Qurban bayramıdır

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Arannews : Nazirlər Kabinetinin Qərarına əsasən, bu il Qurban bayramı iyulun 9-u və 10-u qeyd edilir.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində isə deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

İyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.

  • Yazılıb
  • da (də) 2022 Jul 09
  • Göndərən جهان کمالی