Tarix : 2022 Jul 12
Kod 62701

Ərdoğan Putindən sonra Zelenski ilə danışdı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub.

Arannews :Türkiyə mətbuatı xəbər verir ki, danışıq zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.

Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.

 
  • Yazılıb
  • da (də) 2022 Jul 12
  • Göndərən جهان کمالی