Kremlin sözçüsü Rusiya, İran və Türkiyə prezidentlərinin Tehranda üçtərəfli görüş keçirəcəklərindən xəbər verib.
Arannews : Sputnikə istinadən verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün Rusiya prezidenti Vladimir Putinin Tehran səfərinin iyulun 19-da reallaşacağını bildirib və həmin səfər zamanı Rusiya, İran vəTürkiyə prezidentlərinin üçtərəfli görüşünün baş tutacağını vurğulayıb.
“ Suriyada vəziyyətin yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuş Astana prossesinin təzminatçı ölkələrinin başçılarının iclası Tehranda keçiriləcək”- deyən Dmitri Peskov sözlərini belə davam etdirib: “ Rusiya prezidenti Vladimir Putin iyulun 19-da İran İslam Respublikasına səfər edəcək və həmin səfər zamanı onunla İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında üçtərəfli görüş keçiriləcək.”
Kremlin sözçüsü Putinin Tehran səfərində onunla İran prezidenti və Türkiyə prezidenti arasında ayrı-ayrılıqda iki tərəfli görüşlərin də baş tutacağını xatırladıb.