Tarix : 2022 Jul 16
Kod 62710

Heç bir amilin aramızda uzaqlıq yaratmasına icazə verməməliyik

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının prezidentilə görüşdə İran İslam Respublikasının iki ölkə əlaqələrini pozmaq istəyən oyunçularla mübarizə üzrə qəti əzmkarlığına təkid edib. Bildirib ki: Qarşılıqlı yardımla heç bir amilin aramızda uzaqlıq yaratmasına icazə verməməliyik.

Arannews : səhər Bakıya səfər edən İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Əli Şəmxani Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

Şəmxani bu görüşdə iki dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikasının əlaqələrinin önəminə təkidlə deyib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə hərtərəfli əlaqə və həmkarlıqların yüksəldilməsi üçün heç bir məhdudiyyətə malik deyil.

Şəmxani əlavə edib: Bizim xüsusən 13-cü dövlətdəki prioritetimiz, qonşularla əlaqələri dərinləşdirib, genişləndirməkdir. Bu çərçivədə ölkəmizin qəti iradəsi şiə məzhəbli, müsəlman qonşu ölkə kimi Azərbaycan Respublikası ilə səmimi münasibətlərin bütün sahələrdə daha da genişləndirilməsinə köklənib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının prezidentinə xitabən deyib: Biz ötən 30 ildə Azərbaycan Respublikası ilə çox yaxşı həmkarlığa malik olmuşuq. Belə ki, sizin mərhum atanız Heydər Əliyev daima bu əlaqə və həmkarlıqları yaxşılıqla yad və onun genişləndirilməsinə təkid edərdi.

O, əlavə edib: Zat-Alilərinin dövründə də iki ölkə əlaqələri münasib şəraitdədir. Əminik ki, iki ölkə başçılarının ciddi-cəhdləri və diqqətlərilə bu əlaqələr yüksək səviyyəyə qalxacaq.

Şəmxani iki xalqın dini, mədəni və tarixi bağlarını inkarolunmaz adlandırıb və vurğualyıb: İki ölkə qarşılıqlı etimad atmosferində bu müştərək irsi dünya xalqlarına tanıtdırmaq üçün səy göstərməlidir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikasının iki ölkə əlaqələrini pozmaq niyyətində olan oyunçularla mübarizədəki qəti əzmkarlığına təkid və əlavə edib ki, qarşılıqlı yardımla heç bir amilin aramızda uzaqlıq yaratmasına icazə verməməliyik.

Şəmxani sonda deyib: Ümid edirəm ki, zati-alilərinin Tehrana gələcək səfərində iki ölkənin birgə həmkarlığı ilə qarşılıqlı əlaqələrdə sıçrayışın formalaşmasına zəmin yaranacaq.

Bu görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də deyib: İki ölkə əlaqələri iki ölkə başçılarının qətiyyətli iradəsinə əsasən, bizim səmimi və dostcasına münasibətlərimizi istəməyən ölkələrin təzyiqlərindən təsir almadan ciddi surətdə inkişaf etməkdədir.

O, iki xalq arasındakı özünəməxsus dini, mədəni və sivil kökləri iki ölkə arasındakı əlaqələrin tempini azalda biləcək maneələrə üstün gəlmək üçün çox mühüm zəmin adlandırıb və əlavə edib: İkinci Qarabağ müharibəsindən və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin vətənə geri qayıtmasından sonra tranzit, neft, ticarət və enerji sahələridnə müştərək potensial imkanlardan istifadə üçün son dərəcə əlverişli şərait yaranıbdır ki, birgə həmkarlıqla fəallaşdırılmalıdır.

Azərbaycan Respublikasının prezidenti İran prezidentini ölkəsinə səfərə dəvət etməklə qeyd edib: Mən dəfələrlə İrana gəlmişəm və yenidən də müştərək müqavilərləin icrasının izlənilməsi və sürətləndirilməsi üçün Tehrana səfər edəcəyəm.

  • Yazılıb
  • da (də) 2022 Jul 16
  • Göndərən جهان کمالی