Tarix : 2022 Jul 16
Kod 62711

Şəmxani-Usubov görüşü

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Azərbaycan Respublikasının milli təhlükəsizlik katibi Ramil Usubovla görüşdə: İmport təhlükəsizlik region ölkələrinin sabit maraqlarının təminedicisi deyil.

Arasnnews :SəhərAzəri-nin məlumatına əsasən, Birgünlük rəsmi səfər məqsədilə Azərbaycan Respublikasında olan İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Əli Şəmxani bu gün günortadan sonra Azərbaycan Respublikasının milli təhlükəsizlik katibi Ramil Usubovla görüşüb.

Şəmxani bu görüşdə deyib: Biz keçmişdə bir xalq olmuş və müxtəlif səbəblərə görə, bir-birimizdən ayrılmışıq, amma ortaq köklər qalmaqda davam edir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib: Hegemonçuluq sisteminin və iki xalqın bədxahlarının iki ölkənin qardaşcasına əlaqələrinə xələl gətirmələrinə icazə verilməməlidir.

Regionun təhlükəsizlik mexanizmlərinə sızmaq məqsədilə izlənilən Qüdsü qəsb etmiş rejimin şər işlərinin davam etməsinə toxunan Şəmxani deyib: Sionist rejim regionda şər işlər və əmin-amansızlıq üzrə əsas mərkəz kimi hazırda daxili sosial və iqtisadi problemlər və siyasi böhranlarla üzləşir və daxili böhranları regiona köçürməklə daxili təzyiqləri azaltmağa çalışır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bölgədə sülh və sabitliyə ardıcıl dəstəyi İran İslam Respublikasının əsas strategiyalarından adlandırıb və bildirib ki, sülh və sabitliyin yaradılmasının əsas komponentlərindən biri, region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətdir.

O, əlavə edib: Regionun coğrafi siyasətində dəyişiklik və əmin-amansızlığın yaradılması ilə nəticələnəcək hər hansı addıma qarşıyıq və onunla mübarizə edəcəyik.

Şəmxani qeyd edib: Bu gün bütün region ölkələri bu inama çatıblar ki, import təhlükəsizlik onların uzaq perspektivli maraqlarının təminedicisi ola bilməz və davamlı təhlükəsizlik və stabilliyə nailolmanın yeganə yolu, region ölkələrinin rəsmilərinin qarşılıqlı əməkdaşlıqlarıdır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Tehran ilə Bakı arasında hərtərəfli müdafiə, təhlükəsizlik, mədəni, iqtisadi və siyasi əməkdaşlıqları İranın və Azərbaycan Respublikasının xeyrinə hesab edirik və bu, iki ölkənin milli maraqlarının təminedicisi olan ikitərəfli münasibətlərin inkişafına heç bir məhdudiyyət olmadan tam şəkildə hazırıq.

Görüşdə Azərbaycan Respublikasının milli təhlükəsizlik katibi Ramil Usubov da ikitərəfli münasibətlərin gücləndirilməsi üçün müstəsna bir fürsət kimi iki ölkənin mədəni, sivil və dini ortaqlıqlarına işarə ilə, deyib: Regionda davamlı təhlükəsizlik və sabitlik məsələsi İran və Azərbaycan Respublikasının mühüm prioritetlərindəndir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik katibi əlavə edib: Ümid edirik ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Azərbaycan Respublikasına səfəri ikitərəfli əlaqələrdə və Tehran-Bakı münasibətlərindəki bəzi süni maneələrin aradan qaldırılmasında dönüş nöqtəsinə çevriləcək.

Usubov deyib: Bu gün Azərbaycan Respublikasının sülhü qorumaq istiqamətində region ölkələrilə həmkarlıq üzrə qəti iradəsi tamamilə özünü göstərir.

Usubov iki ölkənin terrorizm, mütəşəkkil cinayətlər və narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə səryinin zərurətinə təkid və əlavə edib: İran və Azərbaycan Respublikasının ortaq sərhədləri daima təhlükəsiz olmalı və iki ölkə arasında dostluq və qardaşlıq simvoluna çevrilməlidir.

O, deyib: Keçmiş təcrübələr göstəribdir ki, davamlı təhlükəsizliyin yaradılması üzrə yeganə metod, region ölkələrinin iştirakı və sıx həmkarlığıdır.

 

  • Yazılıb
  • da (də) 2022 Jul 16
  • Göndərən جهان کمالی