İran İslam Respublikası xarici işlər naziri özünün ukraynalı həmkarı ilə telefon söhbətində bildirib ki, İran Əfqanıstanda eləcə də Yəmən, Fələstin və Ukraynada müharibənin əleyhinədir.
Arannews :Hüseyn Əmir Abdullahian bu telefon danışığında ABŞ Milli Təhlükəsizlik müşavirinin İranın Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya PUA-lar tədarük etməsinə dair əsassız iddiasını qərəzli siyasi məqsəd güdən hərəkət adlandırıb.
Telefon söhbətində Ukrayna XİN başçısı Dmitri Kulba da başqaların əsassız ittihamlarının Tehran-Kiyev dostluq əlaqələrinə xələl gətirməsinə imkan verilməyəcəyini vurğulayıb. Kulba İranlı həmkarını Ukraynaya rəsmi səfərə dəvət edib.