Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.
Arannews :Bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Səfərdə məqsəd Türkiyə-İran əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. Tehranda keçiriləcək görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək.
Səfər çərçivəsində Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də nəzərdə tutulub.