Səfər çərçivəsində prezident Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasına sədrlik edəcək
Arannews: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedib.
Səfər çərçivəsində prezident Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasına sədrlik edəcək.
Müvafiq nazirlərin iştirakı ilə keçiriləcək şura toplantısında Türkiyə-İran münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə Suriya başda olmaqla, regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
R.T.Ərdoğan daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı və İran prezidentinin ev sahibliyi ilə paytaxt Tehranda Astana formatında keçiriləcək Yeddinci Üçtərəfli Zirvə Toplantısında iştirak edəcək.