Tehranda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi arasında təkbətək görüş sona çatıb.
Arannews-SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Tehran səfərində islam inqilabının Aliməqam Rəhbəti Həzrət Ayətullahül-üzma Xamenei ilə də görüşəcək.
Türkiyə prezidentini Tehran səfərində Türkiyə müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyman Soylu, xarici işlər naziri Mövlüd Çavuşoğlu, gənclər və idman naziri Məhəmməd Məhərrəm Kassaboğlu, maliyyə naziri Nurəddin Nəbati, energetika və təbii qaynaqlar naziri Fatih Dönməz, ticarət naziri Mehmet Muş, sənaye və texnologiya naziri Mustafa Varank, Türkiyə Prezident Administrasiyasının rəhbəri Fəxrəddin Altın və Administrasiyanın sözçüsü İbrahim Kalından ibarət yüksək səviyyəli heyət müşayiət edir.
Rəcəb Təyyib Ərdoğanın Tehran səfərində sabah Türkiyə və İran prezidentlərinin sədrliyi ilə iki ölkənin Əməkaşlıqlar üzrə Ali Şurasının 7-ci iclası keçiriləcək.
Sözü gedən geniş tərkibli iclasda, iki ölkənin nazirlərinin iştirakı ilə qarşılıqlı əlaqələrin bütün sahələri araşdırılacaq, ikitərəfli əməkdaşlıqların genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə ediləcək.