Tehranda səfərdə olan Rusiya prezidenti Vladimir Putin islam inqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.
Arannews :Rusiya prezidenti Vladimir Putin iyulun 19-da İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.
Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə iki ölkə arasında əldə olunmuş anlaşmalar və müqavilələrin həyata keçirilməsini vacib hesab edib, qərbin aldadıcı siyasətlərinə qarşı diqqətli olmağa çağırıb və İran ilə Rusiya arasında uzunmüddətli əməkdaşlıqların hər iki ölkənin mənafeyini tam təmin etdiyini bildirib.
Bu görüşdə Həzrət Ayətullahül-üzma Xamenei dünyada baş verən hadisələr fonunda İran və Rusiya arasındakı əməkdaşlıqların daha da artırılmasını vacib hesab edərək bildiriblər: İki ölkə arasında xüsusiylə neft və qaz sahəsində ayrı-ayrı razılaşmalar və müqavilələr mövcuddur və bunlar yekunlaşdırılmalı və həyata keçirilməlidir.
İran və Rusiya arasında xüsusiylə qərbin sanksiyalarından sonra iqtisadi əməkdaşlıqların vacibliyinə toxunan Aliməqamlı Rəhbər Ukrayna hadisələri barədə belə deyib: “Müharibə sərt və çətin bir mövzudur və İran İslam Respublikası mülki insanların müharibəyə düçar olmasına heç bir vəchlə razı deyil, amma Ukrayna məsələsində siz təşəbbüskarlığı ələ almasaydınız qarşı tərəf öz təşəbbüskarlığı ilə müharibəyə səbəb olacaqdı.”
İnqilab Rəhbəri qərb dünyasının güclü və müstəqil Rusiyaya qarşı olduqlarını xatırladıb, NATO-nu təhlükəli varlıq adlandırıb və belə əlavə ediblər: “NATO-nun yolu açıq olarsa o özünə heç bir hüdud nəzərdə tutmayacaq və Ukraynada NATO-nun qarşısı alınmasaydı bir müddətdən sonra Krımı bəhanə edərək bu müharibəni başladacaqdılar.”
Həzrət Ayətullahül-üzma Xamenei bildirblər: “Əlbəttə bu gün Amerika və qərb keçmişdəki ilə müqayisədə daha çox zəifləyib və əlavə səy və xərc etsə də, onların bizim regionda o cümlədən Suriya, İraq, Livan və Fələstindəkı siyasətlərinin təsiri azalıbdır.”
Aliməqamlı Rəhbər Suriya məsələsini önəmli hesab edərək İran İslam Respublikasının Suriyaya hərbi hücumun əleyhinə olduğunu xatırladıb və bu hücumun qarşısının alınmasına çağırıb: “Suriya mövzüsünda başqa önəmli məsələ Fəratın şərqindəki məhsuldar və neftlə zəngin ərazilərin amerikanlar tərəfindən işğal edilməsidir bu məsələ onları oradan qovmaqla həllini tampmalıdır”, - deyə inqilab rəhbəri bildirib.
Həzrət Ayətullahül-üzma Xamenei sionist rjeimin region hadisələrindəki müdaxilələrini pisləyərək Rusiya prezidentinin sionistlərə qarşı son mövqelərini alqışa layiq hesab edib.
Aliməqamlı Rəhbər həmçinin bildirib: "İran İslam Respublikası İran ilə Ermənistan sərhədlərinin bağlanması ilə nəticələnəcək təşəbbüslərə heç vaxt dözməyəcək."
Həzrət Ayətullahül-üzma Xamenei Qərbin aldadıcı hərəkətlərinə qarşı diqqətli olmağa çağıraraq deyib: “Amerikanlar həm zorakıdır, həm də hiyləgər, keçmiş Sovetlər Birliyinin dağılmasının səbəblərindən biri də Amerikanın siyasətləri qarşısında aldanmaq idi, əlbəttə sizin dövrününzdə Rusiya öz müstəqilliyini qoruyub saxlamışdır.”
Rusiya prezidenti Vladimir Putin isə Ukraynada gedən hadisələr barədə deyib: Kimsə müharibə tərəfdarı deyil və mülki insanların həyatının itirilməsi böyük tragediyadır, amma qərbin rəftarı bizim qarşımızda reaksiyadan başqa seçim qoymadı.
Rusiya prezidenti Rusiay ilə Ukrayna arasındakı ixtilafların köklərinə toxunaraq xüsusilə ABŞ və qərb ölkələrinin son illərdəki hərəkətləri o sıradan Ukraynada dövlət çevrilişi həyata keçirmələri və NATO-nun genişləndirilməsi siyasətini yeritmələrinə işarə edib və deyib: “Bəzi Avropa ölkələri dedilər ki, Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idik, amma ABŞ-ın təzyiqləri altında onunla razılaşdıq. Bu isə onların müstəqil və suveren dövlət olmadıqlarını göstərir.”
Putin general Qasim Süleymaninin terror edilməsini amerikanların şər olduqlarına növbəti nümunə olduğunu bildirib və sözlərinin başqa bir hissəsində qərbin Rusiyaya qarşı sanksiyalarına işarə edib: “Bu sankiyalar Qərbin zərərinədir və onun nəticəsi neftin qiymətinin artması və ərzaq böhranının yaranmasıdır.”