Tarix : 2022 Jul 23
Kod 62735

Rəşt-Astara dərmiryolunun inşası sürətləndirilir

İran şimal-cənub dəhlizinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün yatırım edənlərin tapıldığı və müvafiq razılaşmanın əldə edildiyini bildirib. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkə mətbuatına bildirib.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahiya İranın Xəbər telekanalının “İlk sıra” verilişində şimal-cənub dəhlizinin Rəşt-Astara hissəsində relslərin tezliklə yerləşdiriləcəyini bildirib.

“Xoşbəxtlikdən, şimal-cənub tranzit xəttini başa çatdırmaq üçün Rəştlə Astara arasında qalan hissə üçün investor tapa bildik və prezidentin özü də bu məsələ ilə maraqlanmaqdadır. Bizə kömək edə biləcək ölkələrlə bu məsələni irəli aparırıq və biz bunu son həftələrdə yekunlaşdıra bildik”, deyə o bildirib.

O əlavə edib: “Ümid edirik ki, tezliklə biz Astara - Rəşt dəmir yolu xəttinin relslərinin yerləşdirilməsinin başlanacağını görəcəyik və bu marşrut tam birləşmiş dəmir yolu marşrutuna çevriləcək.”

  • Yazılıb
  • da (də) 2022 Jul 23
  • Göndərən جهان کمالی