Tarix : 2022 Jul 23
Kod 62737

Təbriz nağılları; Bakıda sionist firqəsinin xam gənci üçün

Təbrizdən sionistlərin müvəqqəti firqəsinin Bakıdakı nümayəndəsi xam gənc Corc Dikə və bu firqənin nəhs ayağını Arazın şimalına açanlara üç nağıl
Arannews :Uşaq qatili olan sionist firqəsinin Təbriz və İranın canı – Bakı və can Azərbaycandakı elçisi!
Siz yatmaq üçün nağıl oxuyun, bəlkə yatsanız, dünya insanlarına əzab-əziyyətiniz bir az azaldı. Əgər oyanıb Təbriz haqqında həqiqətləri bilmək istəyirsinizsə, onu buraxın və bunu oxuyun:
İran ədəbiyyatı ilə tanış olmaq üçün əvvəlcə Sədinin “Gülistan” kitabının birinci fəslinin bu xülasəsini oxuyun:
Zalım hökmdarlardan biri bir abiddən soruşdu: - İbadətlərdən hansı daha yaxşıdır? Abid dedi: - Sənin üçün yarım günlük yuxu. Heç olmasa camaat sənin əziyyətindən yarım gün qurtarmış olar.
Sən və digər sionistlər də yatmaq üçün nağıl oxuyun, sizin yatmağınız oyaq qalmağınızdan daha yaxşıdır.
Amma Təbriz hekayələrini oxumaqda israrlısınızsa, Azərbaycanın azad müdrik kişiləri, Təbrizin igid qadınları və zəkalı övladlarının dünyasından üç mesajı olan yalnız üç nağılı danışım və deyim ki, bizim kişilərin hekayələri sizin kimi dar düşüncəli və uşaq qatil olan zalımların anlayışına sığmır.
Qədim Təbrizdən, qəhrəman Təbrizdən, İranın Hüseynçilər yurdundan, ulduzlar və şəhidlər şəhərindən, böyük əllamələr torpağından üç nağıl
Bismillahir-Rəhmanir-Rəhim
Birinci nağıl Təbrizinin qoca hambalının əhvalatı və bu şəhər camaatının çalışqanlığının və yer-göyün Allahına təvəkkülünün nağılıdır.
Təbrizdə yetmiş yaşlı hambal bir qoca var idi. O, savadsız idi və bütün ömrünü bazarda yük daşımaq, halal ruzi qazanmaqla keçirmişdi. Bir gün həmişəki kimi bazarın izdihamlı küçələrində yük aparırdı. Nəfəsini dərmək üçün yükünü yerə qoydu və belini qaldırdı. Bu vaxt bir səs onun diqqətini çəkdi. Damda oynayan uşaq qəfildən sürüşərək yıxılırdı. Uşağın anası qışqırdı. Camaat yerində donub qalmışdı. Qoca hambal türk ləhcəsi ilə ucadan dedi: “Saxlayan saxlar.” Bu vaxt uşaq göylə yer arasında havada asılı vəziyyətdə qaldı. Qoca kişi yaxınlaşdı, uşağı təmkinlə götürüb anasına verdi.
Oradakı camaat bu mənzərəndən heyrətə gəldi. Hər kəs bir söz deyirdi, kimisi onu həzrət Xızr adlandırırdı, kimisi sehrkar, kimisi cadugər!
Qoca yükünü güclə qaldırıb çiyninə qoydu və sakitcə camaat dedi: - Mən nə həzrət Xızram, nə cadugər. Mən sizin bu bazarda əlli-altmış ildən bəri tanıdığınız hambalam. Məsələ budur ki, bir ömür Allah nə əmr etdisə, ona əməl etdim; yalan danışmadım, zülm etmədim, oğurluq etmədim. Bir dəfə də mən Allahdan istədim, O mənim duamı qəbul etdi.
Bu, Təbrizin qoca hambalının nağılıdır ki, qəbri Təbrizin Dəvəçi məhəlləsində və Şəms xiyabanında yerləşir və onun qəbri hamının diqqət mərkəzindədir.
İkinci nağıl, Təbrizin məşrutəçi igid qadınlarının, onların cəngavərlik və qəhrəmanlıq nağılıdır.
 
Təbrizli qadın və övladının nağılı
Təbrizin Məşrutə mübarizlərinin komandiri Səttarxan o günlərə aid xatirələri barədə deyir:
Mən heç vaxt ağlamamışam,  amma Məşrutə mübarizələrinə aid hadisələrdə bir gündə iki dəfə göz yaşı tökdüm.
Təxminən 9 aya yaxın təzyiq altında qaldıq, yeməksiz və şəraitsiz vəziyyətdə mühasirədə idik. Qərargahdan eşiyə çıxdım. Uşağını qucağına almış bir qadını gördüm. Uşaq anasının qucağından düşüb iməkləyə-iməklyə bir ota tərəf getdi və onu yerdən qopardıb, torpaqlı kökünü yeməyə başladı. Özlüyümdə düşündüm ki, indi uşağın anası məni söyəcək və deyəcək: “Lənət olsun Səttarxana ki, bizi bu günə saldı.”
Amma uşağın anası gəlib onu qucağına alaraq dedi: - Eybi yoxdur övladım, torpaq yeyərik, amma torpaq vermərik.
O gün mən ilk dəfə olaraq göz yaşlarımı saxlaya bilmədim.
 
Təbrizli igid döyüşçü Tellinin nağılı
Mühasirə və blokada şəraitində Təbrizin alovlu küçələrindəki cəbhədə Səttarxana xəbər verilir ki, onun igid və yaralı əsgərlərindən biri yarasını müayinə etməyə və sarımağa icazə vermir, özünün bu vəziyyətdə ölməsini istəyir.
Milli komandir yaralı əsgərə yarasını sarımağa icazə verməyi məsləhət görür. Bu vaxt yaralı əsgər çarəsiz qalaraq deyir: - Mən oğlan deyiləm, qızam. Ona görə də libasımı çıxarmaq istəmirəm.
Bu sözü eşidəndə Səttarxanın halı pozulur, gözləri yaşla dolur və ona deyir: - Qızım mən hələ diriyəm, sən niyə döyüşə getdin?!
Bu igid qızın adı Telli idi. O, vətəni müdafiə etməyi qadın incəliklərindən üstün tutmuşdu və yaralanana qədər heç kim bir qızın kişilərlə çiyin-çiyinə vuruşduğunu bilmirdi.
 
Üçüncü nağıl Təbriz balasının nağılıdır ki, bu, İranın başı sayılan Təbrizin zəkavət və uzaqgörənlik simvoludur. Beləliklə, öz abrını aparırsan, bizi zəhmətə salırsan!
Təbrizin qədim darvazasının yanında şirin və eyni zamanda günəş istisindən yanıb qaralmış bir oğlan uşağı arxın yanında oturmuşdu və əlində düzəltdiyi qayığı suya buraxır, yenidən tuturdu. Bir yəhudi tacir darvazaya yaxınlaşdıqda daxil olacağı şəhərin əhalisi və onların zəkası barədə öyrənmək üçün təbrizli uşaqdan soruşdu: - Özüm, ulağım və ulağın xurcunundakı toyuğum acıq. Azacıq pulla hamımız necə doya bilərik?
Təbriz balası yəhudiyə belə cavab verdi: - Qovun al. İçini özün ye, qabığını ulağına, toxumunu isə toyuğuna ver.
Yəhudi onun bu cavabı qarşısında heyran qaldı və öz-özünə dedi: Bu uşağın zəkası, bu şəhər əhalisinin zəkasından xəbər verir.
Yəhudi dilinin altında nələrsə deyə-deyə, darvazadan uzaqlaşdı və gəldiyi yol ilə geri qayıtdı.
Yəhudi qövmü səmavi kitab əhli və hörmətlidir, amma bu nağılı sənə qədim Təbrizdən yazdım, biləsən ki, sionist və onun baxışının Təbrizdə yeri yoxdur, onun Təbrizə natəmiz baxışı mütləq Təbriz övladlarının oxu-yayı ilə kor olacaq.
Bu üç nağıl Təbrizin mürşid pirləri, mübariz qadınları və şirin sözlü uşaqlarının sərgüzəştindən idi. Bu qədər bilmək Təbrizin qəhrəman kişilərinin gözündən və birbaşa oxundan uzaq durmağınız üçün kifayətdir.
Xam gənc! Nəhs firqənizin böyüklərinə bir daha xatırlat ki, biz ağlınıza gəlməyəcək yerdə sizə yaxınıq!
Biz bilirik ki, Azərbaycan hökuməti vaxtında sizin Azərbaycan torpaqlarına girməyinizə və təsir etməyinizə mane ola bilərdi. Bunu da bilirik ki, ən azından bu ölkənin hökuməti artıq sizi çölə ata bilməz, çünki siz siyasətçiləri tələyə salmağı yaxşı bacarırsınız. Ancaq özünüz öz ayağınızla gedə bilərsiniz. Azərbaycanı oda-alova çəkməzdən əvvəl uzaqlaşın. Çünki Azərbaycanın özü oddur və bütün pislikləri özündən pak edicidir.
Uzaq olun, Fərat çayından da uzaq, Nil çayından da uzaq
Sərbaz Təbrizi
2022, iyul ayı

 
  • Yazılıb
  • da (də) 2022 Jul 23
  • Göndərən جهان کمالی