Tarix : 2022 Jul 23
Kod 62738

İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbərinin mühüm açıqlamalarının təhlili

ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstin və Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri, onu həftələrlə çox mühüm səfər kimi tanıtmağa cəhd edən sionist dairələrin media təbliğatının əksinə olaraq, əməldə sionistlərin gözlədiklərini reallaşdıra bilmədi.
Arannews :Onlayn Strateji Şura – Məqalə
ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstin və Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri, onu həftələrlə çox mühüm səfər kimi tanıtmağa cəhd edən sionist dairələrin media təbliğatının əksinə olaraq, əməldə sionistlərin gözlədiklərini reallaşdıra bilmədi.
Baydenin bölgəyə səfəri və sionistlərin həftələr əvvəl başlatdığı psixoloji müharibə ilə bağlı məntiqli, real və güclü mövqe seçmək lazım idi. Bu baxımdan, Beynəlxalq Əlaqələr üzrə Strateji Şuranın rəhbəri doktor Kamal Xərrazinin “Əl-Cəzirə” telekanalı ilə son söhbəti, onun görkəmli mövqeyinə diqqət etməklə, şübhəsiz ki, sionist dairələri mühüm məqamlardan xəbərdar edəcək.
Cənab doktor Xərrazi İran İslam Respublikasının rəsmi mövqeyi kimi bəzi əsas məqamları açıq şəkildə bəyan etdi:
Birinci, regional böhranları həll etməyin yeganə yolu regional dialoq forumunun formalaşdırılmasıdır.
İkinci, Tehran öz raket proqramını və regional siyasətini heç kimlə müzakirə etməyəcək.
Üçüncü, İranın nüvə silahı yaratmaq üçün biliyi və imkanları var, ancaq dini inancları və bölgədəki siyasi təhlükəsizlik maraqları səbəbindən bundan yayınır.
Dördüncü, sionist rejimin hər cür avantürası harada başlamasından asılı olmayaraq, buna uyğun səviyyədə və sionist rejimin mərkəzində cavab veriləcək.
Bu açıqlamanın iki mühüm mesajı var:
Birincisi, qərbin və Amerikanın İrana qarşı təzyiqləri artıq işə yaramır.
İkincisi, nüvə proqramı və İranın milli və regional gücünün digər komponentləri ilə bağlı uçurum yaratmağa çalışmaq faydasızdır.
Beynəlxalq Əlaqələr üzrə Strateji Şuranın rəhbərinin açıqlamaları göstərir ki, Amerika və Avropanın İrana təzyiq etmək üçün vaxtı və variantları tükənməkdədir. İranın öz  təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istənilən avantüra üçün strateji variantları var. Nüvə proqramı sahəsində İran İslam Respublikası uduş-uduş qaydası əsasında davranır və heç vaxt qazan-uduz razılaşmasının yükü altına girmir. Cənab Xərrazinin bəyanatları çox güman ki, nüvə razılaşmasının dirçəldilməsi danışıqlarını düzgün istiqamətləndirəcək.
Həmid Xoşayənd, region məsələləri üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2022 Jul 23
  • Göndərən جهان کمالی