Tarix : 2022 Jul 24
Kod 62739

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi:

İran Ermənistanla sərhədinin bağlanmasına dözməyəcək - Bugün Amerika və qərb əvvəlkindən daha zəifləyib

Təbriz imam cüməsi deyib: “İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək.”
“Arannews :Anac”-a istinadla verdiyi xəbərə görə, höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim İran, Rusiya və Türkiyə dövlət başçılarının Tehranda apardıqları müzakirələrinə və Ali Məqamlı Rəhbərlə görüşlərinə toxunaraq deyib: “Bugün Amerika və Qərb əvvəlkindən daha zəifləyib, onların səylərinə və ağır xərclərinə baxmayaraq, regionda apardıqları siyasətilərin uğurları azalıb, Amerikanın bölgədəki hegemonluğunun və siyasətlərinin çöküşü başlayıb.”
İmam cümə amerikalıların həm zorakı, həm də hiyləgər olduğunu diqqətə çatdıraraq deyib: “Amerikaya və sionist rejimə güvənmək olmaz.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi İran İslam Respublikasının heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcəyini vurğulayaraq deyib: “Əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur.”
 
İmam cümə xütbəsinin digər hissəsində ictimai mövzulara toxunaraq qeyd edib ki, işi camaatın öhdəsinə buraxsaq, camaat nə edəcəyini bilir. Bizim problemimiz odur ki, işlərin dövlət tərəfindən təşkil edilməsinə çalışırıq.
O, xalqın işini xalqa həvalə etməyi müdrik bir iş hesab edib və bunu problemlərin aradan qaldırılması yolu adlandırırıb.
Ali-Haşim “Salam fərmandeh” mahnısı, onun İranda və regionda, hətta dünyada geniş şəkildə yayılmasına işarə edərək deyib: “Bu himnin populyarlığı bəzi qurumların yetkinləşdiyini göstərdi.”
Təbrizin cümə namazının xətibi matəm və bayram mərasimləri arasında məntiqi tarazlığın olmasının lazım olduğunu bildirərək deyib ki, “Salam fərmandeh” himnində yeniyetmə və gənclər insanları meydana toplaya və cəmiyyətə sevinc bəxş edə bildilər.
Xətib vurğulayıb: “Salam fərmandeh himni sübut etdi ki, inqilab mədəniyyət cəbhəsi Məhərrəm, Səfər, Fatimiyyə və Ərbəin kimi insanı yetişdirən toplantı və mərasimlərlə yanaşı, minlərlə insanı bir neçə saat sevgi və coşqunluqla küçələrə çıxarmaq və bu himni birlikdə oxumaq qabiliyyətinə malikdir.”
O, qeyd edib ki, “Salam fərmandeh” himni xalqın səhnədə olmadığına inananların düşüncələri üzərinə batillik xətti çəkdi.
Höccətül-islam vəl-müslimin Ali Haşim xütbəsinin digər hissəsində Mübahilə hadisəsinin əhəmiyyətindən danışaraq deyib: “Mübahlə tarixi hadisəsi Qədir hadisəsi ilə eyni səviyyədə olmasa da, Qədir hadisəsindən az əhəmiyyət kəsb etmir və Əhli-beytin (ə), xüsusən də həzrət Əmirəlmöminin (ə) məqamını göstərir.
İslam tarixində iki mühüm hadisə olan Mübahlə və Qədir hadisələri Zilhiccə ayında baş vermişdir. Amma təəssüf ki, Mübahilə hadisəsinə gözlənildiyi kimi diqqət yetirilməyib. Halbuki, bu hadisə həmin günün müxtəlif cəhətlərini izah edərək uca tutmaq və onu tanıtmağın lüzumu qədər əhəmiyyət daşıyır. Bu möhtəşəm hadisə bütün sahələrdə, xüsusən də dünya assambleyalarında qeyd edilməlidir.”
Xətib qeyd edib ki, İslam və şiə tarixində vilayət və nübüvvətin haqq olduğunun aşkar sənədi olan bu böyük və əbədi günün uca tutulması nəsildən-nəslə, sinədən-sinəyə keçərək gənc mömin və inqilabçı nəslə ötürülməlidir.

 
  • Yazılıb
  • da (də) 2022 Jul 24
  • Göndərən جهان کمالی