Azerbaijan Servisi/Aran Agentliyi
İslam dini yeganə dindir ki, onun qarşısında qoyulan bütün suallara məntiqli cavab verir. İslamı din kimi qəbul edənlər isə İslami qanunlarla öz həyatlaını tənzimləyirlər. Düzdür bəzi və əksər toplumlar İslam qanunları ilə idarə edilmirlər. Lakin hər bir kəs əsli İslamı dərk etdikdə və ona əməl etmək istədikdə dünyavi toplumlarda da öz həyat və yaradıcılığını İslam qanunları və göstərişlərindən kənara salmır.
Lakin əsli İslam dedikdə İslam Peyğəmbəri və Əhli Beytinin həyatı bizlərə bir bələdçi olmalıdır.
Bizlər İslamçıyıq dedikdə bəzən böyük iddialar etmiş oluruq. Çünki sabah böyük səhvlər etdikdə və toplumda biabır olmamağımız üçün bu işimizə dini don geyindirdikdə bu dinə xəyanət sayılar.
Din isə Allahındır və ona xəyanət edənləri zəlil edəcəkdir.
Azərbaycanda da bəziləri: “ Peyğəmbər və İmamlarımızın yolunu gedirik”-demələrinə baxmayaraq əslində İslam Vəhdətinin qəniminə çevriliblər.
Biz əvvəlki yazılarımızda ABŞ-nin “Sivil İslam” adlı layihəsindən bəhs etmişdik. İndi isə o amerikan projesini bir az təhlil etmək istəyirəm.
Birinci bənddə bu cümlələr yazılmışdı:
1-Əvvəl dünyəvi və ya liberalizmi üstün tutan müsəlmanları dəstəkləmək. Bunun üçün bu cür insanların arasından liderlər, modellər və qruplar meydana gətirmək amerikan projesinin hədəflərindən biri idi. Onların əsərlərini nəşr etdirmək və yayılmasına yardım göstərmək və Kütlələrə xitab etmələrini təmin etmək də birinci bəndin hissəsində idi. Dünyəvi-mədəni təşkilatları gücləndirmək də projenin birinci bındində yer alırdı.
Çheril Benardın yazdığı bu projenin birinci bəndində yazılan dünyavi liberalistləri dəstəkləmək fikirləri ilk təzahürünü verməyə başlayıb.
Belə ki, artıq ABŞ səfirliyi Azərbaycanda fəaliyyət göstərən dini və din yönümlü təşkilatlara zəng edərək görüşmək istədiklərini önə çəkdilər. Adlarını çəkmək istəmədiyimiz təşkilatlar ABŞ səfirliyinə gələrək onlarla ünsiyyətdə oldular. Əlbəttə buradan belə sual çıxa bilər ki, ABŞ ilə əlaqələr nəyi pisdir?
Biz yenə İslami təlimlərimizə qayıdırıq. Firuiddin bölməsində Təvəlla və Təbərra bölməsi var. Bu o deməkdir ki, Allahın (dinin) dostu ilə dost olmaq lazımdır. Düşməni ilə də düşmən.
Bəzi dar düşüncəli insanlar yenə ikinci sualı verə bilərlər, “Axı bunlar bizim sualımızın cavabı deyil”.
Yenə cavab veririk: ABŞ-nin İraqı, Əfqanıstanı işğal etməsi heç də müsəlmanların və dinimizin qəbul edəcəyi bir şey deyil.
Bu ölkələrdə milyonlarla insanın qətliamı və müxtəlif təzyiqlərə və zorlamalara məruz qalması da ABŞ hökümətinin əsgərləri tərəfindən həyata keçirilir.
İmam Əli Kumeyl ibn Ziyada vəziyyətlərindı belə buyurur: “Ey Kumeyl münafiqlərdən uzaq gəz, xain adamla dostluq etmək və zalımlarla get-gəl edib onlara tabe olma. Onların yığıncaqlarında iştirak etməklə Allahın qəzəbini qazanmış olarsan”.
İmam Əlinin Kumeylə göstərişi demək olar ki, onun bütün dostlarına aid edilir.
İkinci liderlər yetişdirmək planlarının da ip ucu görünməkdədir. Bu haqda isə danışma q fikirim yoxdur lakin gələcək üçün bu mövzuda proqnoz etmək istəyirəm.
Bu projedən çıxan təhlillərə əsasən ABŞ-İsrail mislində bütün zülmlər haqqında danışan kütlələr bu yeni şişirdilmək istəyən çevrələr arasında “radikal” kimi camaata çatdırılacaq. Xüsusi mühafizəkarların əhatəsi ilə bahalı avtomobillərdə öz idarəərinə gətiriləcək bu da camaatın gözü qarşısında olmalıdır. Çünki ABŞ-nin “Sivil dünyavi islamçılar”-ı hələ dünyanın bər bəzəyindən xilas olmayıblar. Onların sözləri “filankəs belə deyib” kimi mərcei təqlid sözü kimi fitvalaşdırılacaq. Telekanallarda yeni islamın yeni liderləri görünəcək. “Onlardan başqa heç kəs düz iş görmür” şüara dönəcək. Bir növ Əbu Bəkr məscidin şiələr üçün fəaliyyət göstərən alternatifi yaradılacaq. Burada camaat namaz qılacaq çoxluğun telefonlarının zəngləri isə “Röya”-nın mahnıları olacaq. Bu İslamın ABŞ-yə nə ziyanı var? Əksinə bu cür İslam onlar üçün təhlükəsiz İslamdır.
Diqqətinizə çatdıraq ki, ABŞ-nin hər bir çevrə ilə əlaqə qurması üçün proqramı vardır.
İkinci bənddə belə yazılır: Ənənəvi müsəlmanları fundamentalistlərə qarşı dəstəkləmək. Bunun üçün: Aralarındakı anlaşılmazlıqları təşviq etmək və İki qrup arasında meydana gələcək ittifaqa maneə yaratmaq. Liberallarla ənənəviləri bir-birinə yaxınlaşdırmaq.
Əlbəttə ki, ABŞ-nin ənənəvi dedikdə dövlət ilə problemi olmayan, hökümətdə sözü keçən ancaq dindarlar arasında böyük nüfuza malik olmayan şəxsləri nəzərdə tutur. Heç vaxt ənənəvilər yəni bizim dilimizdə “bozbaş mollalar” əsli İslama əməl edənləri bəyənməzlər. Çünki onların xurafatları və nəzir qutularının gələcək taleyini şübhə altına alanlar da məhs amerikalıların dediyi fundamentalistlərdir. Lakin bir məsələyə diqqət yetirdikdə isə artıq bu bozbaş deyilənlərin liberallarla yaxınlığı müşahidə edilir.
Həqiqətən bəzi məsələlərdə vəhdətə gəlmək istəkləri son anlarda kimlərinsə fikirləri ilə baş tutmamışdır.
Sonuncu toxunmaq istədiyim isə bu liberallarla radikallar arasında yaradılması projenin əsas hədəflərindən birinə çevrilən məsələdir. Bu cür addımlara da artıq rast gəlinir. İslam yönlü zülm və pozğunçuluğu ifşa edən qəzetlərin satılmasına Bakı Şəhər İcra Hakimiyyətinin yox, sahə müvəkkilinin kor-koranə maneəsi yox, məhs məscid idarəçilərinin qadağan etməsi və maneə yaratması artıq iki çevrə arasında soyuqluq yaratmaq istəklərindən xəbər verir.
Hər halda biz mövzuya qayıdacağıq....
Məqalə haqqında diqqətə çatdırmalı olduğum şeylər:
1.Mən amerika ilə əlaqələr quranları tənqid etdikdə onlarla dostcasına görüşüb onların hədiyyələrini qəbul edənləri nəzərdə tuturam.
2. Mən heç bir kəsin adını çəkməmişəm və məqaləm digər yerlərdə analiz ediləndə də buna diqqət edilməsini xahiş edirəm.
3. Əlbəttə Amerikasayağı İslam, Azərbaycana onların nəzərində daha yaxşıdır. Çünki bu cür idarə etmək daha asan və mümkündür. Ancaq amerikan məntiqinə görə uşaqların qətlində günahkarlara qarşı mitinq və yaxud etiraz edənlər və yaxud vətəni uğrunda vuruşanlar fundamentalistlərdir. İndi isə bilməyənlərə ABŞ-nin digər ölkələrə müdaxilələri haqqında cədvəli təqdim edirik, tanış olanlara isə bir daha xatırlatmaq istəyirik:
1948-1953-cü illər Filippində hərbi əməliyyatlar. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalıların həlak olması.
1964-1973-cü illər - Vyetnama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi.
1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər -50 min ABŞ əsgərinin Laos respublikasına qarşı döyüşlər. Yenə minlərlə qurban.
1982-1983-cü illər- 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il Liviyaya soxularaq Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il Panamaya silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi.
1991-ci il İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi. Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi.
1992-1993-cü illər Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.
Bu son illərdə isə Əfqanıstanda və İraqda törədilən vəhşiliklər də onların cinayətlərinin üstünə gəlir.
Lakin müsəlman dövlətlərində görülən işlər, öz məzmununa görə digərlərindən fərqlənir. Çünki bu cinayətlərə diqqət etdikdə, tağutun daha da azğın quduz itə bənzəməsini görərik. Bəli müsəlmanlar bu yerlərdə qətlə yetirilir, qadınları zorlanır, məscid və evləri dağıdılır, müqəddəs dəyərləri təhqir olunur.
4. Fikirlərim kimin xoşuna gəlməsə ramin@islam-azeri.az-a yazmağını rica edirəm.