"Rusiya prezidenti Vladimir Putin Avropaya qaz nəqli ilə bağlı qərar verməklə Avropanın taleyini müəyyən edir".
Aranews :Bu barədə "The Times" nəşrində məqalə dərc edilib.
"Çünki indi Avropanın qarşıdan gələn qışın qaranlığında donub-donmayacağına, yoxsa Fransa və Almaniyadakı fabriklərin işlək vəziyyətdə qalması üçün kifayət qədər enerji ehtiyatına malik olub-olmayacağına qərar verən odur (Putin - red.)", - nəşr qeyd edib.
Bildirilib ki, bütün Qərbin taleyi Rusiya liderinin ABŞ prezidenti Co Baydenlə hansı münasibət qurmaq istəməsindən asılıdır.