İranın milli tarixində 4 mordad (26 iyul) Şeyx Səfiyəddin Ərdəbili günü və Ərdəbil həftəsinin başlanğıcı adlandırılıb. Şeyx Səfiyəddin Ərdəbili Türbəsi Ərdəbil şəhərinin tarixi incisi kimi I Şah İsmayılın (ilk Səfəvi şahı), həmçinin Səfəvi dövrünün bəzi şeyxləri və məmurlarının, Çaldaran müharibəsi şəhidlərinin məqbərəsini ehtiva edir və firuzə rəngli “Allah-Allah” günbəzi orada parlayır.
AranNews – 4 mordad müasir İranın qurucuları olan Səfəvilər sülaləsinin rəhbəri Şeyx Səfiyəddin Ərdəbilinin ildönümüdür.
Təbriz Ərdəbildən qalxmış bu qüdrətli və şanlı sülalənin ilk paytaxtıdır və onun Şah İsmayılı Gilanda böyümüşdür.
Təbriz Şah İsmayıl üçün yad bir həsrət idi və Şah İsmayıl Xətainin divanı Heydər-Kərrar ətri verir. Səfəvilər sülaləsinin banisi Şah İsmayıl Çaldaranda məğlub oldu, lakin Osmanlılar hələ də qalib gəldikləri həmin müharibədən qorxurlar. Sonuncu Səfəvi padşahı Sultan Hüseyn də əfqanlılara məğlub oldu.
Hər iki Səfəvi şahı məğlub oldu, amma birincisi İranı qurdu və onu yenidən dünya xəritəsinə qaytardı, ikincisi isə İranı itirdi.
Şah Sultan Hüseyn İranı verəndə, kağız üzərində yazdığı iranlı sözündən məst olmuşdu və onun nununda gözəl qadınlardan ibarət hərəmxana qurmaq olardı.
Biri İranı qurdu, digəri İranı itirdi. Xəttatlar arasında məşhurdur ki, Mir Əli nunu kiçik, Sultan Hüseyn isə nunu geniş və böyük yazırmış. Hər biri öz süfrəsi əndazəsində. Ölkələr rəngli süfrələrdə satılır.
Səfəvilərin üç paytaxtı olub və iki yüz il İrana hökmranlıq edib. Sülalənin banisi Şah İsmayıl Təbrizdə tac qoydu, şiə azanını minarələrə qaldırdı və Mühəqqiq Ərdəbilidən izn aldı.
Səfəvilərin digər iki paytaxtı Qəzvin və İsfahan olub. Qəzvin Şah Təhmasibin, İsfahan isə Şah Abbasın.
Şah Təhmasibin dövründə Qəzvin Bəlbəkdən olan və Şəhid Sani Zeynəddin ibn Əli Amili Cuəbinin şagirdi İzzəddin Hüseyn Həmdani Amiliyə qucaq açdı, beləliklə Şeyx Bəhai İranda böyüdü və İranın aşiqi, Səfəvi şahlarının ən qüdrətlisi Şah Abbasın yaxın dostu, əmanətdar müşaviri və şeyxül-islamı oldu.
Mən dəfələrlə demişəm ki, İran mədəniyyəti hər yüz ildə bir Şeyx Bəhai yetişdirir, amma hər səkkiz yüz ildə bir Şah Abbas tapılır.
Şeyx Səfinin ildönümü ilə bağlı bu bir neçə sətir Səfəvilər dövrü ilə bağlı kiçik düşüncələrimdən toplanaraq yenidən yazılıb.
Amma şəhidlər;
Şeyx Səfiyəddin Türbəsinin şəhidlər məqbərəsi onu hər dəfə ziyarət edərkən mənim üçün tarix şəhidistanıdır. Şanlı şiə İranı üçün qanlarını vermiş şəhidlər məzarlığıdır. Bəzən ayaqlarını yerə döyərək rəcəz oxuyurdular: Əgər yorğunsansa, denən ya Əli!
Səfəvilər “Əşhədu ənnə Əliyyən vəliyullah” sülaləsidir.
Həzrət Ağanın sözü ilə desək, Allah rəhmət etsin Səfəvilərə:
Bu Xətainin günahın sən gətirmə üzünə
Şahi-mərdan, şiri-yəzdan, sirri-subhanım mədəd
Məhdi Nalbəndi, Darul-vilayət Təbriz, 26 iyul, 2022