Tarix : 2022 Jul 29
Kod 62757

Qüdsü fəth etmək üçün təkcə Təbriz kifayətdir

Hicri 60 və 61-ci illərdə şiələrin böyük səhvi İmam Hüseynin (əleyhissalam) ordusunun qarşısında dayanmaq deyildi, çünki həqiqi və bəsirət əhli olan şiələr Kərbəla hadisəsində heç vaxt öz imamına qarşı qılınc çəkməyib.
Arannews :Amma o dövrün şiələrinin böyük və düzəlməz səhvi tamaşaçı olmaq və İmam Hüseynin (ə) nümayəndəsi həzrət Müslimi tək buraxmaq idi.
Zühurun ​​reallaşması üçün sadəcə gözləmək kifayət deyil, əsasən mübarizədə gözləməkdir.
Şəhid Süleymani vəsiyyət edir: “Mən Ayətullah Xameneini çox məzlum və tək görürəm.”
Şəhidin qəlbindən süzülüb gələn bu saf cümlələri həyatımızın sərlövhəsi etməliyik. Dünən könüllərin sərdarı Hacı Qasimin anım mərasimində qan ağlayan Təbriz bugün “Təbriz” sözünün din və şiə aləminin aşkar düşməni olan sionist rejimin nümayəndəsinin qələmində və ağzında gəzməsinə qarşı ayağa qalxmalı, müqavimət cəbhəsi və onun əvəzolunmaz lideri Ayətullah Seyid Əli Xamenei ilə beyətini təzələməlidir.
Guya, zəmanənin Şimrinin ağlı cayıb və Təbriz üçün amannamə yazmaq istəyir!
Təbii ki, qan və qiyam şəhəri üçün amannamə yazmaq istəyən qələm sınacaq. Təbriz Əbəlfəz Abbasın (ə) şəhəridir, şücaət, vüqar və müqavimət şəhəridir.
Təbriz şəhadət şəhəridir və Azərbaycan şəhidləri hələ də Təbrizin küçələrində gəzirlər.
Sionist rejim bilisn ki, Qüdsü fəth etmək üçün yalnız Təbriz kifayətdir və müqəddəs cihad başlayan kimi Təbriz ordusu Beytül-müqəddəsdə namaz qılan ilk İran ordusu olacaq.
Sərbazi-Təbriz, 27 iyul

 
  • Yazılıb
  • da (də) 2022 Jul 29
  • Göndərən جهان کمالی