Tarix : 2008 Aug 02
Kod 6276

BƏŞƏR ƏSƏD İRANDA SƏFƏRDƏDİR

İki ölkə arasında bağlanacaq iqtisadi sazişlərlə yanaşı digər sahədə də imzalamaların edilməsi gözlənilir
Iran Servisi/Aran Agentliyi
Suriya prezidenti İrana rəsmi səfərə gedib.

İslam-Azeri-nin Əl-Ələmə istinadı xəbərinə görə bu gün (şənbə günü) Suriya prezidenti Bəşər Əsəd İrana rəsmi rəsmi səfərə gəlib.

Tehran aeroportunda onu İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad qarşılayıb.

Suriyanın Xarici İşlər nazirliyindən verilən xəbərə görə bu rəsmi səfərdə Bəşər Əsəd İran İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, İranın Xarici İşlər naziri Manuçehr Müttəki və digər yüksək rütbəli rəsmilər ilə görüşü planlaşdırılır.

İki ölkə arasında bağlanacaq iqtisadi sazişlərlə yanaşı digər sahədə də imzalamaların edilməsi gözlənilir.
  • Yazılıb
  • da (də) 2008 Aug 02