Tarix : 2022 Jul 30
Kod 62760

Bakıda xam gəncin foto paylaşımından tutmuş Zəngilanın gələcəyinə təhlükəyə qədər

Xam gənc və sionist firqəsinin Bakıdakı nümayəndəsinin Təbrizlə bağlı foto paylaşması sionist rejimin fitnələrinin daha açıq-aşkar görünməsi üçün göydəndüşmə oldu. İctimai rəy bir daha oyandı ki, Zəngilanda bu xərçəng şişinin mövcudluğu ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında uzunmüddətli sülhü gözləmək olmaz və bu sahədə ciddi yeni yanaşma olması mümkündür.
Arannews :Bir müddətdir ki, xam gənc və sionist firqəsinin Bakıdakı nümayəndəsinin “Təbrizin sehirli nağılları” kitabı mövzusunda fotolarının yayılması, sionist rejimin illərlə gizlin həyata keçirdiyi fitnə və məkirli planlarının (muzdluların işə götürülməsi və türk, azəri və kürd irqçi və millətçi fəaliyyətlərinin odunu üfürmək kimi proqramlarda... və ya pilotsuz təyyarələrin göndərilməsi və terror əməliyyatlarına başlamaq üçün Azərbaycan Respublikası ərazisindən platforma kimi istifadə edilməsi və bir çox başqa halların) daha aydın görünməsi üçün xeyrə çevrilib, ictimai rəyin və bu cür təhlilləri, xəbərləri illüziya hesab edənlərin münasibətinin kökündən dəyişməsinə səbəb olub.
İşğal altında olan Azərbaycan torpaqlarının azad olunmasını 30 ilə yaxın gözlədikdən və İran xalqının Azərbaycan Respublikasındakı şiə bacı-qardaşlarına göstərdiyi qeyd-şərtsiz kömək və dəstəkdən sonra tarixin başqa cür cərəyan edəcəyi, Arazın şimal sahili şiələrinin öz Ana Vətənləri İranın qonşuluğunda əmin-amanlıq içində öz həyatlarına davam edəcəkləri, Xarı bülbülün daha atəşin hərarətini dadmayacağı düşünülürdü. Düşünürdük ki, zəngilanlılar, Ağalı və digər kəndlərin camaatı uzun bir sülh və əmin-amanlıq ümidi ilə öz evlərinə qayıdacaqlar.
Amma sionist rejim İranın rəhbərlik etdiyi müqavimət cəbhəsinə qarşı düşmənçilik və nifrətinə əsaslanaq, Araz çayı yaxınlığında yerləşən bu dəyərli ərazini özünə səngər və sığınacaq seçib. Min təəssüflər olsun ki, bu uşaq öldürən və məxməri geyinmiş vəhşilərə belə bir imkan verildi.
Sionist rejim çox gözəl bilir ki, İran İslam Respublikası qonşu ölkə və dünyanın ikinci şiə ölkəsi kimi Azərbaycan Respublikasına xüsusi hörmətlə yanaşır. Bu iki əsasla, özünün alovlandırıcı hərəkətləri qarşısında İranın hərbi və təhlükəsizlik hücumunu və ya müdafiə ehtimalını çox zəif hesab edir. Əslində, həyasız sionist rejim Azərbaycanın azad edilmiş şəhərlərinə, xüsusən də İranla həmsərhəd bölgələrə tezliklə qayıdacaq, sülh və dostluq içində dinc həyat axtaran sadə insanlardan və dinc əhalidən canlı qalxan kimi istifadə edir.
Sionist rejimin agentləri ağıllı kəndlər və şəhərlər yaratmaq, İranla ən yaxın sərhəd məntəqələrində heyvandarlıq fermaları və süd zavodları yaratmaq adı altında əslində çox təhlükəli qumar və hərəkətə keçiblər. Belə bir təhlükə qarşısında onların İranın və islami müqavimət cəbhəsinin Arazın şimalında açıq və gizli atəşindən və əməliyyatlarından qorxmamasının səbəbi, İran və Azərbaycan xalqlarının bir-birinə dost və qardaşlığının dərin maraqlarının kölgəsinə sığınmalarıdır.
Sözsüz ki, müqavimət cəbhəsinin döyünən ürəyi kimi İslami İran sərhədləri yaxınlığında bu bədxah rejimin agentlərinin müxtəlif örtüklər altında mövcudluğu Azərbaycan Respublikasının cənub bölgələrində kül altda qalmış közün ilkin qığılcımını alovlandıracaq, tezliklə bu ərazidə od və tüstünün yeri-göyü bürüməsinə səbəb olacaq.
Şübhəsiz ki, sionist rejimin Azərbaycandakı hər hansı hərbi və ya təhlükəsizlik fəaliyyətinin danılması İran sərhədləri yaxınlığında qumarbaz sionistlərin alovlandırdıqları təhdidlərini azaltmayacaq. Gözlənilən hadisələrə və onların qarşısının alınmasına görə məsuliyyət tam şəkildə bu məşum rejimin iştirakına zəmin yaradanların üzərinə olacaq.
Hazırkı prosesin davam etməsi və sionist rejimin agentlərinin azad edilmiş şəhərlərdə və İran İslam Respublikasına qonşu ərazilərdə mövcudluğu və təsiri təəssüf doğuran faktı xatırladır ki, sülh tezliklə bu torpaqlara qayıtmayacaq və əməli şəkildə bu coğrafiya gələcək günlərdə və illərdə hərbi və təhlükəsizlik hərəkətlərin sahəsinə çevriləcək. Hansı ki, bu, bir-birindən ayrılmış iki xalqı birləşdirən Araz sərhəd çayının şimal və cənub sakinlərinə heç vaxt faydalı deyil.
Məzlum Fələstin xalqının tarixinə nəzər saldıqda sionizmin qonaq olmaq adət-ənənəsini yerinə yetirməyəcəyi acı həqiqəti ortaya çıxarır və zahirən dəstəkləyici hüzur xərçəng kökləri olan pis bir fenomenə çevriləcək, çox da uzaq olmayan gələcəkdə onu qovmaq və aradan qaldırmaq üçün böyük cərrahiyyə əməliyyatı tələb olunacaq ki, bu da mütləq od-alov, qan və insanların köçünün bahasına başa gələcək!
Bir sözlə, sionistlər çaqqallar kimi harada yuva salırlarsa, ev sahibinin və qonşuların gözündən yuxunu qaçırırlar.
Əmir Sabit, Qafqaz məsələləri üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2022 Jul 30
  • Göndərən جهان کمالی