Tarix : 2022 Jul 31
Kod 62762

İran-Azərbaycan münasibətləri yolunda Təl-Əviv fitnəsi

Sionist firqəsinin Bakıdakı xam gənci Təbrizi və Azərbaycanı tanımır.

Son illərdə, xüsusən də son aylarda İranla Azərbaycan Respublikası arasında münasibətlərin yaxşılaşdığını görürük. Belə bir vəziyyətdə uşaq qatili olan sionist rejimin xam gənci uşaqcasına hərəkətlərə yol verir və bu yolla iki qonşu şiə ölkəsi olan İran və Azərbaycan arasında maneə və ixtilaf yaratmağa çalışır.
AranNews - Sionist rejimin Azərbaycan Respublikasındakı səfiri Corc Dikin Təbriz şəhəri ilə bağlı yazılmış “Təbrizin sehirli nağılları” kitabını oxumasına və onu təbliğ etməsinə aid paylaşdığı son tvit və klipi bu rejimin son aylarda İran və Azərbaycan Respublikası arasında münasibətlərin genişlənməsi ilə bağlı çaşqınlığını göstərir.
Sionist rejim təməlləri son dərəcə zəif olduğundan tənəzzülə uğramaqda olan bir rejimdir və öz mövcudluğunu qorumaq məqsədilə saman çöpündən yapışan hörümçək yuvasına bənzəyir. Hörümçək yuvası isə mahiyyət etibarilə zəif olduğu üçün təsirin mənşəyi və aktiv ola bilməz.
İran İslam İnqilabının Böyük Rəhbəri bir neçə dəfə bu rejimin zəifliyi və uğursuzluğu məsələsinə toxunub, onun uğursuz gələcəyini elan edib.
Sionizmin cinayətlərindən və vəhşiliyindən bezmiş qərb uzun illər ərzində Britaniyanın xüsusi rolu ilə bütün Avropadan ekstremist yəhudiləri işğal olunmuş ərazilərə yönəldib və İsrail adlı qondarma rejim yaradıb ki, özlərini sionistlərin fitnəsindən xilas etsinlər və digər tərəfdən də İslam dünyasını bu xərçəng şişinə düçar etsinlər, İslam ölkələrində ixtilaf və təfriqə yaratsınlar.
Artıq bir müddətdir ki, islami müqavimət cəbhəsinin strateji tədbirlərinə qarşı çıxmaq üçün sionist rejim bir çox pərdələr altında özünü İran İslam Respublikasının sərhədlərinə yaxınlaşdırıb və Corc Dik adlı xam sionist gənc bu istiqamətdə rol oynamağa çalışır.
Corc Dik zaman-zaman virtual məkanda foto və ya pərakəndə cümlələr dərc etməklə İranda elita və ictimai rəyin ab-havasını Azərbaycan Respublikasının müsəlman və şiə xalqına qarşı təhrik etməyə çalışır. Bu istiqamətdə son vaxtlar “Təbririn sehirli nağılları” kitabından fotolar dərc etməklə İran və Azərbaycan Respublikası arasında münasibətlərdə fitnə və gərginlik yaratmağa cəhd edir.
Maraqlısı odur ki, oyaq və daim səhnədə olan Təbriz əhalisi tam ayıq-sayıqlıq göstərərək, Azərbaycan xalqı ilə dostluq və qardaşlıq mühitini qorumuş, işarə barmağını  sionist rejimin agentlərinə tuşlamışdır. Həmin səbəbdən sionist firqəsinin Bakıdakı nümayəndəsinin məkirli addımları əks nəticə vermişdir. O həddə ki, bu il Məhərrəmlikdə bəzi dini və əzadarlıq heyətlərində sionizmə nifrət və onun fitnələrindən xəbərdar olmaq məsələsi vurğulanır.
Təbriz coşqunluq və zəka şəhəridir. Tarixin şahidliyinə əsasən, Təbrizin sinəsində Tənbəki qiyamı, ingilis şirkətilərinə qarşı mübarizə, Məşrutə hərəkatı, İslam İnqilabı dövründə 29-cu Bəhmən qiyamı, 8 illik Müqəddəs Müdafiədə fədakarlıq, 8 Dey hərəkatı, könüllərin sərdarı şəhid Qasım Süleymaninin anılması və bir çox başqa sahələr üzrə zülm əleyhinə davamlı mübarizənin dəyərli medalları var. Belə görünür ki, Corc Dik kimi xam gənc Təbrizi və Azərbaycanı tanımır.

 
  • Yazılıb
  • da (də) 2022 Jul 31
  • Göndərən جهان کمالی