Tarix : 2022 Jul 31
Kod 62765

İran və Çin strateji iqtisadi əməkdaşlığın gücləndirilməsini vurğulayıblar

İran və Çin prezidentləri bir saatlıq telüfon danışığında əsas beynəlxalq və regional hadisələri nəzərdən keçirib, ikitərəfli əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

Arannews : cümə günü İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi ilə Çin prezidenti Si Cinpin arasında telefon danışığı baş tutub. Prezident Rəisi bu telefon danışığında ABŞ-ın ölkələrin daxili işlərinə qarışmasını bu ölkənin dağıdıcı təktərəfli siyasətinin davamı kimi qiymətləndirib, hansı ki, bu siyasət hazırda qlobal sülh və təhlükəsizliyə təhdid halına gəlib.

İran İslam Respublikası prezidenti milli suverenliyə hörmətin və ölkələrin ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən olduğunu bildirib və bu kontekstdə Vahid Çin prinsipinin dəstəklənməsini İran İslam Respublikasının qəti və prinsipial siyasəti kimi qiymətləndirib.

Si Cinpin də öz növbəsində İran və Çinin beynəlxalq arenada əməkdaşlığını və iki ölkənin regional və beynəlxalq arenada bir-birinin mövqelərinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib.

Si Cinpin regional sabitliyin qorunub saxlanmasının vacibliyinə və bu baxımdan İran İslam Respublikasının konstruktiv roluna işarə edərək, Çinin təzyiq və təktərəfli siyasətə qarşı olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2022 Jul 31
  • Göndərən جهان کمالی