Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu il də Məhərrəm ayının gəlişı münasibəti ilə məclislər təşkil olunur.
Arannews :Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseniyyəsində Məhərrəm ayının birinci günü münasibəti ilə əza məclisi təşkil olundu.
Məclisd' Əhli-beyt (ə) cəmiyyətinin muəllimi, ilahiyyatçı Kərbəlayi Elçin Daşdanov İmam Hüseyn (ə) əza saxlamağın fəzilətindən və əzadarlığın savabı haqqında danışdı.
Məclisin davamında Əhli-beyt (ə) məddahları Kərbəlayi Anar Cəfəri və Kərbəlayi Said Həsən mərsiyyələr və rozələr oxudular.
Əza məclisinin sonunda dualar oxundu və ehsan süfrəsi açıldı.