Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu il də Məhərrəm ayının gəlişı münasibəti ilə məclislər təşkil olunur.
Arannews : Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseniyyəsində Məhərrəm ayının ikinci günü münasibəti ilə əza məclisi təşkil olundu.
Məclisdə İmamcümə ilahiyyatçı Hacı Hacıyev İmam Hüseynin (ə) qiyamının hədəflərindən danışdı.
Məclisin davamında Əhli-beyt (ə) məddahları Kərbəlayi Anar Cəfəri və Kərbəlayi Said Həsən mərsiyyələr və rozələr oxudular.
Əza məclisinin sonunda dualar oxundu və ehsan süfrəsi açıldı.