Qarabağ məntəqəsinin taleyini təyin etmək üzrə səs vermənin keçirilməsi 15-20 il zamana ehtiyaclıdır
Azerbaijan Servisi/Aran Agentliyi
ANS Xəbər Agentliyi bu gün Az.R Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədova istinad edərək belə məlumat verib: Dağlıq Qarabağ məntəqəsinin erməni hərbçilərindən boşaldılması, qeyd edilən münaqişənin bütün didərginlərinin öz ev-eşiklərinə qayıtması və Qarabağ məntəqəsində beynəlxalq sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi qeyd edilən məntəqənin taleyinin təyini üzrə referendumun müqəddəmatındadır ki, onun icrası ən azı 15-20 ilə ehtiyaclıdır. Qeyd edilən sözlər, Qarabağ münaqişəsinin həlli üzrə Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatının Minsk qrupu vasitəçilərinin son təkliflərinə reaksiya olaraq bəyan edilib. Qeyd etmək lazımdır ki, İlham Əliyev hökuməti bundan öncə dağlıq Qarabağ məntəqəsini Az.R-nın ayrılmaz hissəsi hesab edirdi və bu məntəqənin müstəqilliyindən danışmağı özünün qırmızı xətləri kimi elan etmişdi. Ekspertlərin bir qrupu Qarabağın işğalının davam etməsini Fələstin və Qüdsün işğalının davamı kimi hesab edir və Minsk qrupu tərəfindən Qarabağ münaqişəsinin həllində vaxtı hədərə vermək siyasəti də bu məsələyə sübutdur.