Tarix : 2022 Aug 02
Kod 62771

Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətində Məhərrəm ayının üçüncü günü...

Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu il də Məhərrəm ayının gəlişı münasibəti ilə məclislər təşkil olunur.
Arannews : xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseniyyəsində Məhərrəm ayının üçüncü günü münasibəti ilə əza məclisi təşkil olundu.
Məclisdə Al-Mustafa (s) Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə çıxış edərək İmam Hüseynin (ə) əzasına göz yaşı axıtmağın savabından danışdı.
Məclisin davamında Əhli-beyt (ə) məddahları Kərbəlayi Anar Cəfəri və İran İslam Respubilkasından təşrif gətirən Həmid Tərruğ mərsiyyələr və rozələr oxudular.
Əza məclisinin sonunda dualar oxundu və ehsan süfrəsi açıldı.
  • Yazılıb
  • da (də) 2022 Aug 02
  • Göndərən جهان کمالی