Tarix : 2022 Aug 02
Kod 62772

Çavuşoğlu Türkiyə, Özbəkistan və Azərbaycan XİN başçılarının görüşü üçün Daşkənddə səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana rəsmi səfər edib.
Arannews :APA xəbər verir ki, bu barədə türkiyəli nazir “Twitter“ səhifəsində yazıb.“Türkiyə, Özbəkistan və Azərbaycanın xarici, ticarət və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu ilə biz atayurdumuz və hərtərəfli strateji tərəfdaşımız olan Özbəkistanın paytaxtı Daşkənddəyik”,- deyə paylaşımda bildirilir.
  • Yazılıb
  • da (də) 2022 Aug 02
  • Göndərən جهان کمالی