Tarix : 2022 Aug 02
Kod 62773

Bu gün etibarən Azərbaycanda məscid və ziyarətgahlara din xadimlərinin təyin olunması üzrə müsahibə başlayır

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında keçiriləcək. İmtahanı keçirən komissiyanın 7 nəfər ilahiyyatçıdan ibarət olduğu bildirilib.

Arannews :Hazırda 39 vakant yer üzrə 270 namizədin sənədi qəbul olunub. Məlumata görə, hər gün 30-35 namizədin müsahibədə iştirakı nəzərdə tutulub. Nəticələr 5 iş günü ərzində Komitənin internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Müsahibə bitdikdən 30 gün sonra isə seçilmiş namizədlər ibadət yerlərinə din xadimi olaraq təyin olunacaqlar.

Həmçinin bildirilib ki, müsahibədən uğurla keçən, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaqlar.Mayın 24-dən iyunun 24-dək isə vakant vəzifələrə sənəd qəbulu aparılıb.

  • Yazılıb
  • da (də) 2022 Aug 02
  • Göndərən جهان کمالی