Tarix : 2022 Aug 03
Kod 62774

Təbriz şəhəri ziyalıları “Fələstin” adlı kitabın təqdimatı kampaniyasına başlayıblar

Təbriz şəhəri ziyalıları “Fələstin” adlı kitabın təqdimatı kampaniyasına başlayıblar
Arannews :Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, sionist İsrail rejiminin Azərbaycan Respublikasındakı “səfiri”nin fitnəkar addımına cavab olaraq Təbriz şəhərinin ziyalıları “Fələstin” adlı kitabın təqdimatı kampaniyasına başlayıblar.
✔️Belə ki, bu yaxınlarda sionist İsrail rejiminin Azərbaycan Respublikasındakı “səfiri” Corc Dik Təbriz şəhəri haqqında “Təbrizin sirli nağılları” kitabını oxuyarkən çəkilmiş şəklinə cavab olaraq İran İslam Cümhuriyyətinin Təbriz şəhərində bir sıra elm və mədəniyyət xadimləri, habelə sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən kampaniyaya start verilib.

✔️Bu kampaniya iştirakçıları “Fələstin” adlı kitabı oxuyarkən çəkilmiş şəkillərini bir sıra media orqanlarında və sosial şəbəkələrdə yayımlayıblar.

✔️Onların bu kampaniyanı başlatmaqda məqsədi, Fələstin adlı kitabı dünyaya, xüsusəndə Qafqaz xalqlarına tanıtmaqdır.
  • Yazılıb
  • da (də) 2022 Aug 03
  • Göndərən جهان کمالی