Tarix : 2022 Aug 03
Kod 62776

Səbuhi Səlimov hakimdən imtina etdi

Avqustun 2-də ictimai fəal, Qarabağ qazisi Səbuhi Səlimovun məhkəmə prosesi keçirilib.

Arannews :Giperssilka.ru-nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən ilkin hazırlıq iclasında Səbuhi Səlimov və ailə üzvləri iştirak edib.

S.Səlimov hakimdən imtina etməklə bağlı vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Növbəti məhkəmə prosesi 16 avqust saat saat 14:00-a təyin edilib. 

Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs edilib.

14 aprel tarixində Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə ictimai fəal Səbuhi Səlimovun məhkəməi baş tutub.

Qapalı keçirilən məhkəmə S.Səlimov haqqında 5 ay həbs qətimkan tədbiri seçib.

Həyat yoldaşı Fatimə Səlimova bildirdi ki, Səbuhi açıq ürək əməliyyatı keçirib, ürəyinin 4 damarı dəyişilib. O, eyni zamanda yüksək təzyiqdən əziyyət çəkir.

  • Yazılıb
  • da (də) 2022 Aug 03
  • Göndərən جهان کمالی