Tarix : 2022 Aug 03
Kod 62778

Təbrizdə “Fələstin kitabı”nın təqdimatı kampaniyası başlanılıb Təbriz sionistlərin Bakıdakı fitnəsinə cavab verib

Təbrizli ziyalılar sionistlərin Bakıdakı oğlancığaz nümayəndəsinin təfriqə yaradan əməllərinə cavab olaraq bu rejimin saxta kimliyini tanımaq üçün dünya xalqlarını, xüsusilə də Qafqaz bölgəsi sakinlərini “Fələstin kitabı”nı öyrənməyə dəvət edərək, kampaniya başladıblar.
Aran News - Təbrizin Əsr xəbər agentliyinə istinadən; Son aylar Tehran-Bakı münasibətlərinin intensivləşməsini nəzərə alsaq, görünən odur ki, sionist rejim olan İsrail müxtəlif yollarla bu prosesin davam etməsinə mane olmaq niyyətindədir və buna görə də, bir qədər əvvəl, sionist rejimin Azərbaycan Respublikasındakı səfiri Corc “Dik” Təbriz şəhəri haqqında “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən öz şəklini internetdə paylaşaraq, yazırdı: “Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bugünlərdə nə oxuyursunuz?”
“Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənmişdir”.
İranın Azərbaycandakı səfiri sionist rejimin Bakıdakı səfirinin fitnəkar tvitlərinə işarə edərək deyib: Bu səfir uşaqdır və uşaqcasına işlər görür, amma harada fəsad və təfriqə saldığını bilməlidir.
İndi Təbrizdə bir sıra ziyalı elm və mədəniyyət xadimləri, sənət adamları, media işçiləri və idmançılar tərəfindən bu bölücü hərəkətə cavab olaraq kampaniyaya start verilib.
Bu kampaniyada iştirakçılar “Fələstin” kitabını oxuyarkən çəkilmiş şəklini dərc etməklə, bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqlarına tanıtdırırlar.
İslam İnqilabının Böyük Rəhbərinin baxış bucağından “Fələstin” kitabı, Ayətullah Əli Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsi tərəfindən, doktor Əli Əkbər Vilayətinin müqəddiməsi ilə nəşr edilib.
Bu kitabda inqilab rəhbərinin Tehranda 08.08.1980-ci il cümə namazı xütbələrindəki (İslam İnqilabının ikinci Qüds günü) açıqlamalarının nəşr olunmasından əlavə “Ümumi hissə”, “Məğlubiyyətlər və qələbələr”, “Məsuliyyətlər”, “Cinayətlər”, “Çıxış yolları”, “Qəhrəmanlar”, “Aydınlıq” və “İşıqlı Gələcək” kimi səkkiz bölmədən ibarətdir ki, Ayətullah Xameneinin Fələstin məsələsi ilə bağlı bəyanatlarını nəzərdən keçirilib.

 
  • Yazılıb
  • da (də) 2022 Aug 03
  • Göndərən جهان کمالی