Tarix : 2022 Aug 03
Kod 62779

MBH- Müsəlman Birliyi Hərəkatı sədri Tale Bağırzadənin bəyanatı:

Cənablar! İmam Hüseyni (ə) tanımağın məsuliyyətini demirəm, heç olmasa Yezidə lənət oxumağın azacıq da olsa məsuliyyətini dərk edin!
"Arannews :Yaşadıqları cəmiyyətdə ədalətsizlik, haqsızlıq və zülmə göz yumaraq Yezidi lənətləyənlərə, əgər fürsəti olsaydı Yezid mütləq belə qarşılıq verərdi: “Ey cəsarətsiz qorxaqlar! Məni lənətləyirsiz? Əgər sizlərdən hər biriniz mənim hakimiyyətim dövründə yaşasaydınız, mən sizlərdən bir ordu düzəldər, məsuliyyət hisslərində laqeyd olan, sizləri kütləşdirən sevimli din xadimlərinizlə ordunuzun müzəffər rəhbər və sərkərdələrini təyin edib İmam Hüseyni (ə) öldürməyə, onu daşlamağa göndərərdim. İnsafınız olsun, məni deyil, öz həyat tərzinizi lənətləyin". 
Cənablar! İmam Hüseyni (ə) tanımağın məsuliyyətini demirəm, heç olmasa Yezidə lənət oxumağın azacıq da olsa məsuliyyətini dərk edin!
Salam olsun İmam Hüseyn (ə) məktəbinin həqiqi ardıcıllarına! 

Hacı Tale Bağırzadə.
Qobustan həbsxanası.
02.08.2022.
  • Yazılıb
  • da (də) 2022 Aug 03
  • Göndərən جهان کمالی