Tarix : 2008 Aug 03
Kod 6278

İlham Əliyev namizəd oldu, seçkilər boykot edildi

Hal-hazırda Azərbaycan Respublikasında azad və şəffaf seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur
Azerbaijan Servisi/Aran Agentliyi

Az.R-dakı qərb siyasətlərinin tərəfdarı olan Müsavat, Demokrat və bir neçə böyük və kiçik partiyalar prezident seçkilərini boykot ediblər. Azərbaycan Respublikası informasiya vasitələri dünən bu xəbəri Müsavat partiyasının sədri İsa Qənbərə əsasən yazıblar: Hal-hazırda Azərbaycan Respublikasında azad və şəffaf seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur. Buna görə də, bu seçkilərdə siyasi partiyaların iştirakı yersiz hərəkətdir.
Xalq Cəbhəsi partiyası, Azad cəmiyyət və Azadlıq adlanan siyasi partiyalar birliyi Azərbaycan Respublikasının siyasi səhnəsində olanlardandırlar ki, prezident seçkilərini boykot ediblər.
Eyni zamanda hakim partiya YAP bu gün rəsmi şəkildə hal-hazırkı prezident İlham Əliyevin namizədliyini elan edib. Az təsirə malik partiyalar, o cümlədən Demokratik islahat, Böyük qurtuluş, İctimai rifah və Milli həmrəylik partiyaları elan ediblər ki, İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Ümid partiyasının sədri İqbal Ağazadə, Yaşıllar partiyasının sədri Mais Güləliyev, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev və İctimai Oyanış birliyinin sədri Eldar Namazov dünən prezident seçkilərinə namizədliyi elan olunan şəxslərdəndir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası rəsmiləri İslam partiyasının bu seçkilərdə iştirakı etməyə görə Azərbaycan Respublikasının Ədliyyə nazirliyində qeydiyyatdan keçmək şərtini qoyublar. Azərbaycan Respublikasında İslam partiyası ən böyük partiyalardandır ki, böyük xalq kütləsini özündə cəmləşdirib. Elə buna görə də, Bakı hökuməti bu partiyanın qeydiyyatına maraq göstərmirlər. Dünən Az.R-da prezident seçkilərinə namizədlərin adının qeydiyyatdan keçməsi üçün sonuncu fürsət idi. Azərbaycan Respublikasındakı 6-cı prezident seçkiləri bu il oktyabr ayının 15-də keçiriləcəkdir.

  • Yazılıb
  • da (də) 2008 Aug 03