Tarix : 2022 Aug 05
Kod 62782

Rusiyanın Orta Dəhlizlə təhdidi

Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Avropa İttifaqının dəmir yolu nəqliyyatı şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirən çoxtərəfli institusional inkişafdır.
Arannews : Qazaxıstan və Cənubi Qafqazdan keçməklə Çin malları Aİ bazarına çıxır və dəniz marşrutu vaxtını demək olar ki, yarıya endirir. Əslində, Ukrayna müharibəsinin başlanması ilə şimal dəhlizi (Rusiya və Belarus vasitəsilə) əhəmiyyətini itirdi və indi diqqət Xəzər dənizindən və Qara dənizdən keçən Orta Dəhliz üzərində cəmlənib.
Gürcüstan və Qazaxıstan Orta Dəhliz boyunca iki mühüm ölkə olaraq uzun müddətdir ki, bu marşrutun genişləndirilməsini müzakirə ediblər. Lakin Ukrayna böhranı Avrasiya əlaqələrinin strukturunu pozana qədər geosiyasi vəziyyət əlverişli deyildi. Çətinliklərin hələ də qalmasına baxmayaraq, bu yolun perspektivləri indi getdikcə daha müsbət və əlverişlidir. Rusiyanın Ukraynaya hücumunun təsiri bütün Avrasiya qitəsində hiss olunurdu. Bu arada Cənubi Qafqaz və Mərkəzi Asiyanın iki regionu sürətli dəyişikliklərə məruz qalmaqdadır. Bu, xüsusilə Avrasiya əlaqəsinin dəyişən dinamikası fonunda doğrudur. Mərkəzi Asiyada mövcud dünya nizamını dəyişmək istəyən iki keçmiş imperiya gücü Rusiya və Çin regionçuluq modelini tətbiq etməyə çalışır və qeyri-regional güclərin, əsasən də ABŞ və Avropa İttifaqı burada fəal rol oynamaqdan məhrum edir. Ukraynadakı müharibə Mərkəzi Asiya ölkələrini bir növ çaşqınlığa düçar edib. Çünki onlar da qorxurlar ki, lazım gələrsə, Kreml Ukraynaya qarşı həyata keçirdiyi eyni taktikanı bu regionda tətbiq edəcək. Rusiyanın hakimiyyəti altında olan keçmiş respublikalar Moskvanın Rusiya imperiyasının xəritəsini yenidən qurmaq arzusunu reallığa çevirdiyini görəndə özlərini təhlükəsiz hiss edə bilmirlər. Bu məsələ, xüsusilə Rusiya ilə 7644 kilometr sərhədi və onun şimal bölgələrində əhalinin əksəriyyəti rus əsilli olan Qazaxıstanda özünü daha çox büruzə verir.
Qazaxıstan və Rusiya arasında gərginliyin son mərhələsində Qazaxıstan prezidenti Qasım Comart Tokayev ölkəsinin separatçı Luqansk və Donetsk respublikalarını tanımadığını bəyan etdi. Bu, Moskvanın dəstəklədiyi digər separatçı qruplara qarşı Qazaxıstanın yürütdüyü siyasətdir. Daha maraqlısı odur ki, bu açıqlama Vladimir Putinin iştirakı etdiyi televiziya görüşlərinin birində səsləndirilib. Təbii ki, Qazaxıstan prezidentinin bu mövqeyindən sonra Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi üzrə Komitəsinin birinci müavini Konstantin Zatulin bəyan etdi ki, “qazaxlılar yaxşı bilirlər ki, əhalisinin çoxu ruslar olan bir sıra rayon və şəhərlərin Qazaxıstanla elə də çox əlaqəsi yoxdur.”
Bu söz savaşının ardınca, Moskvanın Qazaxıstan neftinin qarşısını almaq qərarına cavab olaraq Qazaxıstanın 1700 rus kömür vaqonunu öz ərazisində saxlamasına dair təsdiqlənməmiş məlumatlar yayıldı. Həmçinin aprel ayında Qazaxıstan rəsmilərindən ölkəsinin Rusiyaya Qərbin Moskvaya qarşı sanksiyalarından yan keçməsinə kömək etməyəcəyini iddia etmişdi. Rusiya həmçinin Novorossiysk limanı vasitəsilə Qazaxıstan neftinin tranzitini dayandırdı ki, Tokayev hökumətə alternativ ixrac marşrutları axtarmağı tapşırsın.
Rusiya Cənubi Qafqazda güclü aktordur, lakin getdikcə daha çox hərbi yoldan istifadə edir. Ukraynaya hücuma keçməzdən əvvəl Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsindəki dörd əsas hərbi bazasında (Dağlıq Qarabağdakı sülhməramlı qüvvə də daxil olmaqla) təxminən 20.000 əsgər yerləşdirmişdi. Hərbi əməliyyatlardan başqa, Moskvanın regionda təsirini saxlamaq üçün konkret vasitələri azdır. Başqa sözlə, zəifləmiş Rusiya asanlıqla regiondakı nüfuzunun demək olar ki, tamamilə dağılmasına gətirib çıxara bilər.
Rusiyanın zəif mövqeyinə misallardan biri də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin genişləndirilməsi üçün zəmin yaratmasıdır. Şübhəsiz ki, bu marşrut onilliklər ərzində mövcud idi, lakin müxtəlif səbəblərdən onun istismarı məhdud idi. Bu marşrut iki yoldan: dəniz və qurudan ibarətdir ki, bu da daşımaları çətinləşdirir və Çin həmişə yüklərin Rusiya vasitəsilə göndərilməsinə üstünlük verib. Çünki bura daha az ölkə, habelə sabit və proqnozlaşdırıla bilən geosiyasi vəziyyət daxildir.
Son bir neçə ay ərzində Qazaxıstan və Gürcüstanın hakimiyyət orqanları Orta Dəhliz əməliyyatını irəli aparmaq üçün bir neçə görüş keçirib. Gürcüstanın Orta Dəhlizə artan diqqəti malların ixracı və idxalı üçün Gürcüstanın dəniz limanlarından və Özbəkistanın logistika mərkəzlərindən səmərəli istifadə edilməsinə dair Özbəkistanla sazişin imzalanması üzrə son aksiyada öz əksini tapıb. Tərəflər Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılmasını da müzakirə ediblər. Geosiyasi baxımdan Gürcüstan, Qazaxıstan və Mərkəzi Asiyanın maraqları yeni gəmiçilik marşrutlarının tapılması kimi ümumi məqsədə uyğundur. Həmçinin, Çin və Avropa İttifaqı, ikitərəfli münasibətlərdəki çoxsaylı problemlərə baxmayaraq, Orta Dəhlizdə irəliləyiş üçün səmərəli əməkdaşlıq edə bilər. Çünki coğrafi baxımdan bu iki oyunçu arasında ən qısa yol budur.
Ukraynadakı müharibədən əvvəl Türkiyə Orta Dəhlizi fəal şəkildə təşviq edirdi və bir sıra yük səfərlərinin başlanmasına kömək edirdi. 2021-ci ilin fevral ayında bu tranzit qatarlardan biri Çindən təxminən iyirmi gün sonra Türkiyəyə çatdı. Həmçinin bu ilin aprelində Qazaxıstan prezidenti Türkiyəyə səfəri zamanı bu marşruta xüsusi dəstək verdi.
Bununla belə, ən böyük sual budur ki, Ukraynadakı müharibənin nəticəsi Cənubi Qafqaz və Mərkəzi Asiyaya necə təsir edəcək? Rusiya qalib gəlsə, böyük nəqliyyat dəhlizinin cənubdan yan keçməsinə daha az dözümlü olacaq. Moskva çətin ki, hərbi gücə əl atsın. Bununla belə, onun bu yolu zəifləndirmək üçün geniş imkanları olacaq. Moskva Gürcüstanın işğal olunmuş iki rayonunda gərginliyi artıra bilər. Həmçinin hazırda Ermənistan və Azərbaycan, habelə Ermənistan ilə Türkiyə arasında aparılan sülh səylərinə də xələl gətirə bilər. Orta Asiyada Qazaxıstana təzyiqdən istifadə edib, Çinlə danışıqlar aparmağa cəhd edə bilər. Bununla belə, Çin, Türkiyə və Avropa İttifaqı bu dəhlizin mümkün qədər tez və effektiv olmasında maraqlıdır.

 
  • Yazılıb
  • da (də) 2022 Aug 05
  • Göndərən جهان کمالی