Tarix : 2022 Aug 06
Kod 62785

Lavrov nə demək istəyib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.

Arannews :Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

 TASS-a istinadən verdiyi məlumata görə, Sergey Lavrov Paşinyanın bu açıqlamasına münasibət bildirərkən Ermənistandan Rusiya Sülhməramlilarının Qarabağdakı əməliyyatı barədə konkret təkliflər gözlənildiyini deyib.

“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - o vurğulayıb.

S.Lavrov həmçinin Ermənistan üçün əlavə təşəbbüslər hüququnu rəsmən tanıdığını dilə gətirib: “Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var”,- deyə Lavrob bildirib.

  • Yazılıb
  • da (də) 2022 Aug 06
  • Göndərən جهان کمالی