Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu il də Məhərrəm ayının gəlişı münasibəti ilə məclislər təşkil olunur.
Arannews : xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseniyyəsində Məhərrəm ayının yeddinci günü münasibəti ilə əza məclisi təşkil olundu.
Məclisdə İlahiyyatçı Kərbəlayi Elçin Cəfəri çıxış edərək Aşura və Zühurun əlaqələrindən danışdı.
Məclisin davamında Əhli-beyt (ə) məddahları Kərbəlayi Anar Cəfəri, İran İslam Respubilkasından təşrif gətirən Abdulhəmid Tərruğ və Kərbəlayi Said Həsən mərsiyyələr və rozələr oxudular.
Əza məclisinin sonunda dualar oxundu və ehsan süfrəsi açıldı.