Tarix : 2008 Aug 03
Kod 6279

QAT Metyu Brayzanın sözlərinə görə bəyanat verib

Dağlıq Qarabağ Azadlıq təşkilatı (QAT) bir bəyanatla İlham Əliyev hökumətindən istəyib ki, tez bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçiliyindən imtina etsin
Azerbaijan Servisi/Aran Agentliyi

Dağlıq Qarabağ Azadlıq təşkilatı (QAT) bir bəyanatla İlham Əliyev hökumətindən istəyib ki, tez bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçiliyindən imtina etsin. Bu bəyanatın QAT-ın Bakıdakı redaksiyamıza göndərdiyi nüsxəsinə əsasən, Minsk qrupu açıq-aşkar şəkildə Ermənistan və Dağlıq Qarabağ ermənilərinin tutduqları mövqeni dəstəkləyir. Elə buna görə də, hakimiyyət Bakıdakı Amerika səfirliyindən Metyu Brayzanın sonuncu axmaqcasına "Özünü dövlət elan edən Dağlıq Qarabağın taleyi ümumi rəy sorğularının keçirilmələri ilə həll oluna bilər" açıqlamasına dair izahat istəməlidir.
Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupundakı amerikalı həmsədri Metyu Brayza son vaxt Moskvada Dağlıq Qarabağ məntəqəsinin gələcək taleyinin həll olunması üçün bu məntəqənin sakinləri arasında ümumi rəy sorğularının keçirilməsinə təkid etmişdi. Bu elə bir haldadır ki, 1989-cu ildə Dağlıq Qarabağın azəri sakinləri bu məntəqədən çıxarıldılar və hal-hazırda Dağlıq Qarabağın bütün sakinləri ermənilərdir. Amerika, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun daimi həmsədrləridir. Daimi həmsədrlər və Avropa Birliyinin keçmiş, indiki və gələcək həmsədrləri Minsk qrupunu təşkil edirlər. Bunu nəzərə alaraq, Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsindədir. Ekspertlərin qənaətincə, Minsk qrupu həmsədrlərinin açıqlamaları, eyni zamanda Azərbaycan Respublikasında ictimai və daxili dəyişikliklər yaratmaq üçün qərb yönümlü partiyalar tərəfindən seçkilərin boykot edilməsinə münasib zəmin hesab olunur. Bu ekspertlər inamınca, İlham Əliyev hökuməti indiki şəraitdə iki yoldan birini seçməlidir: Ya hakimiyyətdən getməlidir ki, Azərbaycan Respublikasında qərb tərəfdarlarının qüvvələri ölkəni idarə etsinlər, yaxud da Bakı hakimiyyəti qərbin xüsusi ilə də Amerikanın nəzərdə tutduğu imtiyazları onlara verməlidir. Azərbaycan Respublikasının müstəqilliyindən sonrakı illərin təcrübəsi onu göstərir ki, Bakı rəsmiləri ikinci həll yoluna öz iş gündəmində yer verəcəklər.

  • Yazılıb
  • da (də) 2008 Aug 03