Tarix : 2022 Aug 09
Kod 62791

Azərbaycan səfirliyinə hücuma haqq qazandırmaq olmaz

Azərbaycanın Londondakı səfirliyinə qarşı dini dəyərlərin müdafiəsi bəhanəsi ilə həyata keçirilən basqın kimi hərəkətlər, elə motivlərə malikdir ki, onlara diqqət etmək din və məzhəbdən sui-istifadə edərək ifrat davranış və hərəkətlərin formalaşmasının qarşısının alına biləcəyinə əsas verir.
Nurn News-un verdiyi məlumata görə; Londonda yaşayan küveyt əsilli ekstremist din xadimi “Yasir əl-Həbib”ə bağlı qrupun üzvləri olduğu deyilən dəstə, avqustun 4-ü, cümə axşamı günü “Azərbaycan Respublikası hökumətinin Məhərrəm ayı əzadarlığına törətdiyi maneələr”-ə etiraz olaraq, ölkənin Londondakı səfirliyinə hücum edib və ölkə bayrağını səfirliyin qapısından qoparıb yerə atmışlar.
Keçən il “THE LADY OF HEAVEN”, ərəbcə qarşılığı “Səyyidətu əl-cənnəh”, azərbaycanca qarşılığı “Cənnət xanımı” adlı qalmaqallı kino layihəsi ilə məşhurlaşan Yasir əl-Həbib, ifrat düşüncələrə malik olan və təqribin (İslamda məzhəblərarası yaxınlaşmanın) əleyhinə olan “Seyid Sadiq Şirazi”nin ardıcıl və tələbələrdəndir.
İlkin nümayişi şiə və sünni müsəlmanların geniş etirazları ilə müşayiət olunan, zahirən dini və tarixi görünən “Cənnət xanımı” filminin müəllifi və prodüseri Yasir əl-Həbibdir. Belə ki, Azərbaycan səfirliyinə hücumda ona bağlı şəxslərin rolu olmuşdur.
İngiltərə polisi Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərdən 8 nəfəri həbs etdiyini açıqlayıb.
Cümə günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, səfirliyə hücumla bağlı öz etirazını və narahatlığını bildirib.
Bu qrupun dini dəyərləri müdafiə etmək bəhanəsi ilə Azərbaycan səfirliyinə hücumu kimi hərəkətlər, elə motivlərə malikdir ki, onlara diqqət etmək din və məzhəbdən sui-istifadə edərək ifrat davranış və hərəkətlərin formalaşmasının qarşısının alına biləcəyinə əsas verir.
Əhalisinin demək olar ki, hamısı şiə məzhəbindən ibarət olan Azərbaycan ölkəsinin məsum və pak Əhli-Beyti (ə) sevən dindarları var. Belə ki, keçmiş kommunist sovet hökumətinin illərlə etdiyi təzyiqlərə və qadağalara baxmayaraq, dərin dini kökləri olduğu üçün, hələ də dini inanclarını qoruyub saxlayıblar.
Şiə məzhəbi Azərbaycanda milli birliyin əsas sütunlarından biridir və onun ardıcıllarının Seyid Sadiq Şirazi kimi “ingilis şiəsi cərəyanı” kimi tanınan qrupların ekstremist düşüncələri ilə heç bir bağlılığı və əlaqəsi yoxdur.
İslam dini adı altında terror aktları törətməklə, iyrənc cinayətlərin mənbəyinə çevrilən təkfirçi qrupların formalaşmasında son illərin təcrübəsi göstərir ki, həqiqi möminlərin pak məzhəb və dini hisslərinə hörmətsizlik və etinasızlıq, İslam dini ilə heç bir əlaqəsi olmayan ifrat düşüncələrin inkişafına və qabarmasına səbəb olacaq.
Zorakılıq, əxlaqsızlıq və insan haqlarına məhəl qoymamaq, İslam dini və şiə məzhəbi tərəfindən həmişə pislənilmiş, dialoq, tolerantlıq və əxlaq üzərində qurulmuş həyat Peyğəmbərin (Allahın salavatı və salamı ona olsun) və məsum imamların (onlara salam olsun) əsas əmrləri sırasındadır.
İslam düşmənləri məqsədyönlü strategiya çərçivəsində, müxtəlif vasitələrlə, xüsusilə də vəkil muzdlulardan istifadə etməklə, daim İslam məzhəbləri arasında parçalanma yaratmağa və dünyanın gözü qarşısında İslam dinindən ifratçı obraz sərgiləməyə çalışırlar.
Əhalisi müsəlman olan dövlətlərin din adı altında ona zərbə vurmağa çalışan siyasətləri neytrallaşdırmaq, tolerantlıq və həqiqi möminlərin dini inanc və ayinlərinə hörmət etməyə üstünlük vermələri, bədxahlar tərəfindən sui-istifadənin qarşısını almaq üçün qarşılıqlı etimadın artırılması və dindarların saf hisslərinin şübhəli ekstremist ünsürlər tərəfindən sui-istifadə edilməməsinə yol verməməsi zəruridir.
Nur News-un verdiyi məlumata görə; Londonda yaşayan küveyt əsilli ekstremist din xadimi “Yasir əl-Həbib”ə bağlı qrupun üzvləri olduğu deyilən dəstə, avqustun 4-ü, cümə axşamı günü “Azərbaycan Respublikası hökumətinin Məhərrəm ayı əzadarlığına törətdiyi maneələr”-ə etiraz olaraq, ölkənin Londondakı səfirliyinə hücum edib və ölkə bayrağını səfirliyin qapısından qoparıb yerə atmışlar.
Keçən il “THE LADY OF HEAVEN”, ərəbcə qarşılığı “Səyyidətu əl-cənnəh”, azərbaycanca qarşılığı “Cənnət xanımı” adlı qalmaqallı kino layihəsi ilə məşhurlaşan Yasir əl-Həbib, ifrat düşüncələrə malik olan və təqribin (İslamda məzhəblərarası yaxınlaşmanın) əleyhinə olan “Seyid Sadiq Şirazi”nin ardıcıl və tələbələrdəndir.
İlkin nümayişi şiə və sünni müsəlmanların geniş etirazları ilə müşayiət olunan, zahirən dini və tarixi görünən “Cənnət xanımı” filminin müəllifi və prodüseri Yasir əl-Həbibdir. Belə ki, Azərbaycan səfirliyinə hücumda ona bağlı şəxslərin rolu olmuşdur.
İngiltərə polisi Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərdən 8 nəfəri həbs etdiyini açıqlayıb.
Cümə günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, səfirliyə hücumla bağlı öz etirazını və narahatlığını bildirib.
Bu qrupun dini dəyərləri müdafiə etmək bəhanəsi ilə Azərbaycan səfirliyinə hücumu kimi hərəkətlər, elə motivlərə malikdir ki, onlara diqqət etmək din və məzhəbdən sui-istifadə edərək ifrat davranış və hərəkətlərin formalaşmasının qarşısının alına biləcəyinə əsas verir.
Əhalisinin demək olar ki, hamısı şiə məzhəbindən ibarət olan Azərbaycan ölkəsinin məsum və pak Əhli-Beyti (ə) sevən dindarları var. Belə ki, keçmiş kommunist sovet hökumətinin illərlə etdiyi təzyiqlərə və qadağalara baxmayaraq, dərin dini kökləri olduğu üçün, hələ də dini inanclarını qoruyub saxlayıblar.
Şiə məzhəbi Azərbaycanda milli birliyin əsas sütunlarından biridir və onun ardıcıllarının Seyid Sadiq Şirazi kimi “ingilis şiəsi cərəyanı” kimi tanınan qrupların ekstremist düşüncələri ilə heç bir bağlılığı və əlaqəsi yoxdur.
İslam dini adı altında terror aktları törətməklə, iyrənc cinayətlərin mənbəyinə çevrilən təkfirçi qrupların formalaşmasında son illərin təcrübəsi göstərir ki, həqiqi möminlərin pak məzhəb və dini hisslərinə hörmətsizlik və etinasızlıq, İslam dini ilə heç bir əlaqəsi olmayan ifrat düşüncələrin inkişafına və qabarmasına səbəb olacaq.
Zorakılıq, əxlaqsızlıq və insan haqlarına məhəl qoymamaq, İslam dini və şiə məzhəbi tərəfindən həmişə pislənilmiş, dialoq, tolerantlıq və əxlaq üzərində qurulmuş həyat Peyğəmbərin (Allahın salavatı və salamı ona olsun) və məsum imamların (onlara salam olsun) əsas əmrləri sırasındadır.
İslam düşmənləri məqsədyönlü strategiya çərçivəsində, müxtəlif vasitələrlə, xüsusilə də vəkil muzdlulardan istifadə etməklə, daim İslam məzhəbləri arasında parçalanma yaratmağa və dünyanın gözü qarşısında İslam dinindən ifratçı obraz sərgiləməyə çalışırlar.
Əhalisi müsəlman olan dövlətlərin din adı altında ona zərbə vurmağa çalışan siyasətləri neytrallaşdırmaq, tolerantlıq və həqiqi möminlərin dini inanc və ayinlərinə hörmət etməyə üstünlük vermələri, bədxahlar tərəfindən sui-istifadənin qarşısını almaq üçün qarşılıqlı etimadın artırılması və dindarların saf hisslərinin şübhəli ekstremist ünsürlər tərəfindən sui-istifadə edilməməsinə yol verməməsi zəruridir.

 
  • Yazılıb
  • da (də) 2022 Aug 09
  • Göndərən جهان کمالی