Tarix : 2022 Aug 10
Kod 62795

İranın hərbi gəmiləri Bakı limanında lövbər salıblar

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri Bakı limanına daxil olublar.

Arannews : bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verib. 
Avqustun 8-də isə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib.
İştirakçı dövlətlərin nümayəndələrinin qatıldığı tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının icra olunacağı yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.
Həmçinin müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirak etdiyi "Dəniz kuboku" müsabiqəsi cari ilin avqust ayının 13-dən 27-dək keçiriləcək.

  • Yazılıb
  • da (də) 2022 Aug 10
  • Göndərən جهان کمالی