Tarix : 2022 Aug 10
Kod 62796

Azərbaycanda Şami-qəriban mərasimi keçirilib

Azərbaycan Respublikasının məscidlərində Aşura gününün Şami-qəriban mərasimi keçirilib.

Arannews : Azərbaycanın əksər bölgələri o cümlədən Bakı məscidlərində bu mərasim təşkil olunub.

Məlumatda deyilir ki, dünən şam namazından sonra Bakı məscidləri Aşura günündə keçirilən Şami-qəriban ayininin şahidi olub.

Şami-Qəriban ayini İmam Hüseynin əsir düşmüş körpələrini anmaq məqsədi daşıyır. Aşura günü günorta İmam Hüseyn və 72 səhabəsi şəhid edildikdən sonra onların övladları və xanımları əsir götürülür. Artıq belə bir zamanda onlar tam əsarətdə qalan yetimlər, qəriblər və kimsəzilər idilər. Şami-qəriban ayinində İmam Hüseynin bacısı həzrəti Zeynəbin və onun körpələrinin hal dilindən mərsiyələr oxunur və onların fəzilətləri barədə xütbələr deyilir.

  • Yazılıb
  • da (də) 2022 Aug 10
  • Göndərən جهان کمالی