Tarix : 2022 Aug 10
Kod 62797

Xəyyam peyki Baykonur kosmik bazasından orbitə buraxılıb

İran İslam Respublikasına məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” peyk raketi ilə Baykonur kosmik bazasından orbitə buraxılıb.

Arannews : Xəyyam araşdırma peyki 600 kq ağırlığındadır və onun vəzifəsi İran Kosmik Təşkilatının Mahdəşt stansiyasından peyk məlumatlarını müşahidə etmək və qəbul etməkdir.

“Xəyyam” peyki İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunub.

 İran Kosmik Təşkilatının Əməliyyatlar üzrə baş direktoru cənab Nəiminin sözlərinə görə; nə qədər ki, peyk yer kürəsini dövrə vurub Mahdəşt stansiyasında dayanır, biz siqnalları qəbul edə bilirik.

Bu arada İranın kommunikasiya və informasiya texnologiyaları naziri İsa Zarepur deyib: “Xəyyam” peykinin orbitə çıxarılması İran və Rusiya arasında kosmik sahədə strateji əməkdaşlığın başlanğıcıdır.

Baykonur kosmik stansiyasından olarkən İsa Zarepur qeyd edib: “İki ölkə arasında kosmos sahəsində əməkdaşlıq bir müddətdir ki, başlamışdır, lakin bu, 13-cü hökumətdə öz bəhrəsini verməyə başlamışdır.”

Onun sözlərinə görə, Xəyyam peykinin orbitə buraxılması ölkənin ehtiyac duyduğu kosmik məlumatları təmin etmək üçün böyük bir addımdır. Onun yüksək dəqiqlikli təsvirlərindən müxtəlif tətbiqlər, o cümlədən kənd təsərrüfatı vı ətraf mühit sahələrində istifadə olunavaq.

Cənab Zarepur əlavə edib: “Rusiyanın peyk sahəsində dünyanın ən yaxşı iki ölkəsindən biri olduğunu nəzərə alaraq onunla strateji əməkdaşlıqdan əlavə, biz yerli kosmik texnologiyanın inkişafını gündəmə gətirmişik və ilin sonunadək araşdırma peyklərinin Yerin 500 km orbitində yerləşdirilməsi imkanına malik olacağıq.”

  • Yazılıb
  • da (də) 2022 Aug 10
  • Göndərən جهان کمالی