Tarix : 2022 Aug 10
Kod 62798

Azərbaycan Xalq Cümhuriyyətinin banisinin İmam Hüseynlə bağlı fikirləri gündəm olub

M.Ə.Rəsulzadə İmam Hüseynə (ə) əza saxlamağı tövsiyə edirmiş

Azərbaycan Xalq Cümhuriyyətinin banisinin Aşura ilə bağlı fikirləri gündəm olub. Məhəmməd Əmin Rəsulzadə İmam Hüseynə (ə) əza saxlamağı tövsiyə edirmiş.

Arannews :Rəsulzadə 1918-ci ildə Açıq Söz qəzeti üçün yazdığı məqalədə bildirir:

“Şükürlər olsun ki, məmləkətimiz indi İslam məmləkətidir. İndi biz könlümüz istədiyi kimi öz təziyət və matəm ayımızı icra edə biləcəyik, sərbəst əza saxlayacağıq. Şükürlər olsun, bu günü gördük. Bu il əza günlərini əvvəlki kimi saxlamamalı, İmam Hüseynə (ə), həm İslamiyyətə və həm də hamımıza yaraşacaq dərəcədə saxlamalıyıq. Orasını nəzərə almalıyıq ki, bu neçə ayın müddətində bizim hər yer Kərbəla və hər gün Aşura olmuşdur. Əgər biz daha artıq savab qazanmaq və şəriətimizi möhkəmləndirmək istəyiriksə, isrfa və lazımsız xərclər etməkdən özümüzü saxlamalı və İmam Hüseynin (ə) ruhunu şad edəcək yollara da sərf etməliyik...”

  • Yazılıb
  • da (də) 2022 Aug 10
  • Göndərən جهان کمالی