Tarix : 2022 Aug 10
Kod 62799

Türkiyə prezidenti Aşura mərasimində iştirak edib

Türkiyə prezidenti Aşura mərasimində iştirak edib.

Arannews :Rəcəb Təyyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.

Prezident bu haqda tvitter hesabında yazıb: “Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.

Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib və sinə vurub.

Məclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.

  • Yazılıb
  • da (də) 2022 Aug 10
  • Göndərən جهان کمالی