Tarix : 2022 Aug 11
Kod 62801

İran və Azərbaycan arasında çoxşaxəli daşımalar inkişaf edir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: "İran və Azərbaycan Respublikası arasında avtomobil körpüsünün tamamlanması hər iki ölkədə biznesin və onlar arasında çoxşaxəli daşımaların inkişafına təkan verəcək".

"Arannews : məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi çərşənbə günü İran və Azərbaycan Astarası arasnda tikilməkdə olan avtomobil körpüsünə baxış keçirərkən qeyd edib ki, bu körpü 89 metr uzunluğunda və 30 metr enində iki ölkənin beynəlxalq tranzit avtomobil yoluna qoşulmaq məqsədilə Astaraçay sərhəd çayı üzərində tikilir. 

Musəvi əlavə edib ki, tezliklə İran və Azərbaycanın yol nazirləri bu layihələrin son vəziyyətini və iki ölkə arasında digər tranzit məsələlərini nəzərdən keçirmək üçün görüşəcəklər.

İranın Azərbaycandakı səfiri, həmçinin tranzit və gömrük məsələlərin nəzərdən keçirilməsi habelə Şimal-Cənub Qlobal Dəhlizinin marşrutlarının şaxələndirilməsi üçün yaxın gələcəkdə İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.

  • Yazılıb
  • da (də) 2022 Aug 11
  • Göndərən جهان کمالی