İran Abidin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib və baş konsul Ermənistana gəlib.
Arannews : İran İslam Respublikasının Ermənistandakı səfirliyi məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib.
2021-ci il dekabrın sonunda İran hökuməti Xarici İşlər Nazirliyinin təklifini bəyənərək Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib.
Daha əvvəl bildirilmişdi ki, İranın Qafandakı Baş Konsulluğu böyük ehtimalla 2022-ci ildə açılacaqdır.