İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.
Arannews :irəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.
Bu xəbər yenilənir...
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.
Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.