Tarix : 2008 Aug 03
Kod 6281

Əhmədinejad Tehranda Bəşşar Əsədlə görüşüb

iki ölkənin dövlət başçıları regionda sabitliyin bərqərar edilməsi uğrunda İranla Suriya əməkdaşlıqlarının əhəmiyyətini vacib sayıblar
Iran Servisi/Aran Agentliyi

Bu görüşdə iki tərəf regional və beynəlxalq məsələlərdən savayı qarşılıqlı əməkdaşlıq və əlaqələrin genişləndirilməsinin necəliyi yollarını araşdırıb. Avqustun 2-də axşamçağı Tehranda baş tutan bu görüşdə, iki ölkənin dövlət başçıları regionda sabitliyin bərqərar edilməsi uğrunda İranla Suriya əməkdaşlıqlarının əhəmiyyətini vacib sayıblar.
İran prezidenti Mahmud Əhmədinejad və onun suriyalı həmkarı Bəşşar Əsəd iki ölkə əlaqələrinin günü-gündən genişlənməsindən şad olduqlarını bildirərək, özlərinin müxtəlif siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlıqların daha da gücləndirilməsinə hazırlıqlarını söyləyiblər.
İİR-nın prezidenti bu görüşdə, bəzi ölkələrin İranla Suriya arasında ayrılıq salma üzrə səyləri işarə edərək, deyib: Bu qrup mütləq səhvə yol verir. Zira İranla Suriya daima bir-birinin kənarında olacaq.
Cənab Əhmədinejad sonrada ABŞ ilə Sionist rejiminin regionda pis vəziyyətlə üzləşməyinə münasibət bildirərək, deyib: Hal-hazırda onlar çox pis vəziyyətə düşüblər və dünya xalqları onların əleyhinədirlər.
Əhmədinejadın sözlərinə görə, ABŞ ardıcıl məğlubiyyəti təcrübə edir və onun proqramları da ardıcıl olaraq, uğursuzluğa uğrayır. Yaxın gələcəkdə İraqdan və regiondan çıxmağa məcbur olacaq və Amerikada hakimiyyətə gələcək hər hansı bir dövlət onu həyata keçirmək məcburiyyətində qalacaq.
Cənab Mahmud Əhmədinejadın sözlərinə görə, Sionist rejimi özünün varlıq fəlsəfəsini itirmişdir və regionda ABŞ ilə Avropanın siyasətlərini istiqamətləndirmək iqtidarında deyil. Bu üzdən onun dağılmağa tərəf getməsi təbiidir.
İranın dövlət başçısı habelə İranın nüvə proqramına işarə edərək, deyib: İran xalqı özünün qanuni hüququndan zərrə qədər belə geri çəkilməyəcək.
Bu görüşdə, Suriyanın prezidenti Bəşşar Əsəd də Dəməşqin Tehranla müttəfiqliyini möhkəmlətmək və genişləndirməyə əhəmiyyət verməsinə işarə edərək, deyib: Suriya Tehranla əlaqələrini gücləndirməyi çox ciddi şəkildə diqqət mərkəzində saxlayır.
Bəşşar Əsədin sözlərinə görə, Sionist rejimi ilə ABŞ hələdə regionda fitnəkarlıqlar yaratmaqdadırlar. Ona görə də, xalqların ayıq-sayıqlığı lazımdır.
Suriyanın prezidenti sonrada, region xalqlarının əksəriyyətinin ABŞ ilə Sionist rejiminin yeritdikləri hazırkı siyasətlərindən narahat olmalarına toxunaraq, deyib: Sionist rejim güclü bir rejim deyil. Buna görə də, dövlətlər dözüm və müqavimət əhval-ruhiyyəsi ilə öz hüquqlarına nail ola bilərlər.
O habelə İranın nüvə işinə işarə və rəsmi Tehranın sülhməramlı nüvə enerjisi ilə bağlı mövqeyinə dəstə verərək, deyib: Bu istiqamətdə Suriya dövləti üçün əhəmiyyət daşıyan məsələ İİR-nın nüvə işinə nəzarət edən beynəlxalq müqavilə və razılaşmalardır. Biz Avropa dövlətlərinin nəzərinə çatdırmışıq ki, Suriyanın baxımından beynəlxalq müqavilə və razılaşmalara uyğun olaraq, hər hansı bir ölkə, o cümlədən İran uranı saflaşdırmağa və elektrik nüvə enerjisinə yiyələnməyə haqlıdır.

  • Yazılıb
  • da (də) 2008 Aug 03