Ukraynanın Moskva ilə danışıqları bərpa etmək istəyi yoxdur, çünki bu, Rusiyanın qələbəsi deməkdir. Kreml ultimatum verməkdən əl çəkdikdən sonra Ukrayna Rusiya ilə danışıqlara qayıdacaq.
Arannews :Bu sözləri Ukraynanın "Babel" nəşrinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə eksklüziv olaraq əsirlərin, eləcə də ölənlərin cəsədlərinin mübadiləsi məsələsinin həlli səviyyəsində dialoq aparır:
"Məhkumların azad edilməsi, cəsədlərin dəyişdirilməsi və sair ilə bağlı qərargahlar səviyyəsində müəyyən dialoqlarımız var. Yəni, bu humanitar komponentlə bağlı dialoqlardır. Hərbi tərəfdən isə heç bir dialoq yoxdur".