Tarix : 2022 Aug 16
Kod 62814

Britaniya hökuməti Azərbaycan səfirliyindəki hücumla bağlı təəssüfünü bildirib

Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində baş vermiş insidentdən təəssüfləndiyini bildirib.

Arannews :APA xəbər verir ki, bu barədə  Britaniyanın xarici işlər nazirinin müavini Qrehem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

“ Britaniya hökuməti bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”,- deyə Stüart bildirib.

Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.

Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraqasıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.

  • Yazılıb
  • da (də) 2022 Aug 16
  • Göndərən جهان کمالی